Skip to main content

Search

Search

TŞS nədir?

Toksiki şok (TŞS) sindromu — çox nadir, lakin ciddi xəstəlikdir ki, kişilər, qadınlar və uşaqlar buna məruz qala bilər. TŞS yaranmasının səbəbi insanın orqanizmində daim məskən salan bakteriyaların istehsal etdiyi toksinlərdir. TŞS hallarının təxminən yarısı menstruasiya dövründə qadınlar və qızların payına düşür. Bu sindromu tamponlardan istifadə ilə əlaqələndirirdilər, lakin o həmçinin tamponlardan istifadə olunmadıqda, menstruasiya zamanı yarana bilər. TŞS həyat üçün təhlükəli ola bilər, buna görə onu zamanında müəyyən etmək və mümkün qədər tez müalicəyə başlamaq çox vacibdir.

Əgər menstruasiya zamanı Siz gözlənilmədən özünüzü pis hiss etdinizsə, hətta əgər bundan əvvəl Siz özünüzü əla hiss edirdinizsə, əgər Sizin hərarətiniz artıbsa (39 °С və ya yuxarı), qusma, ishal, baş ağrısı, boğazda ağrı, başgicəllənmə, zəiflik, əzələlərdə ağrı, günəşdən yanıq kimi dəri qızartısı varsa, ehtiyat üçün tamponu çıxardın və təcili həkimə və ya xəstəxanaya müraciət edin. TŞS-dan şübhələnməniz və sizdə menstruasiya olması haqqında bildirin. TŞS Sizin tamponlardan istifadə edib-etməmənizdən asılı olmayaraq, yenidən yarana bilər. Əgər Sizdə daha əvvəl TŞS halları olubsa, tamponlardan yenidən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.