Skip to main content

Search

Search

Əgər mən geriyə çəkmə ipini tapa bilmirəmsə və tampon içəridə ilişibsə nə etməliyəm?

Тампон застрял внутри, что делать

Tamponun ilişməsi zamanı nə etməli sualı yaxın zamanlarda belə gigiyenik vasitələrdən istifadə etməyə başlayan bir çox qızları narahat edir. Bu son dərəcə nadir hallarda olur, ona görə narahat olmağa dəyməz. Əgər Siz geriyə çəkmə ipini tapa bilmirsinizsə və tampon içəridə ilişib qalıbsa, onun tamamilə dolmasını gözləyin. Sonra oturun, təsəvvür edin ki, Siz tualetə getmək istəyirsiniz və tamponu itələyin. Bundan sonra onu barmaqlarınızla çıxartmağa hazır olun. Əgər Siz gigiyenik vasitəni çıxara bilmədinizsə, dərhal ginekoloqa və ya başqa mütəxəssisə müraciət edin. Yadda saxlayın ki, əgər tampon içəridə qalıbsa, yeni gigiyenik vasitədən istifadə etmək olmaz.

o.b.® tamponları elə hazırlanıb ki, geri çəkmə ipi məmulatın daxilində etibarlı şəkildə bərkidilib. Bu gigiyenik vasitənin Sizin bədəninizdə itəcəyi və ya ilişəcəyi riskini minimuma endirir. Biz istehsalat prosesini daim izləyirik və yüksək keyfiyyət səviyyəsini dəstəkləmək üçün əlimizdən gələni edirik. Keyfiyyətə nəzarət proseduruna həmçinin geri çəkmə ipinin möhkəmliyinə dair sınaqlar daxildir. Tamponun ilişməsi hissi, geri çəkmə ipi olduğu halda da yarana bilər. Məsələn, əgər Siz gigiyenik vasitəni cüzi ifrazatlar zamanı çox tez, yəni bir-iki saatdan sonra çıxarmağa çalışırsınız. Əgər tampon hələ dolmayıbsa, onu çıxartmaq çətin ola bilər. Sadəcə bir müddət gözləyin və onu yenidən çıxartmağa cəhd edin. Tamponun ilişməsi zamanı onu necə çıxarmağı öyrəndiyinizdə Siz istənilən vəziyyətdə özünüzü sakit və arxayın hiss edə biləcəksiniz.