Skip to main content

Search

Search
Женская революция

Qadın inqilabı

Tamponsuz həyatı təsəvvür edə bilərsinizmi? Bu, “belə” günlərdə üzməkdən və ya bədənə kip oturan sevimli dondan imtina etmək və onu dolabda asılmış saxlamaq demək olardı. 60 il bundan əvvəl o.b.® tamponları milyonlarla qadının həyatının mühüm hissəsinə və özünə əminlik simvoluna çevrildi. o.b.® tamponlarının ideyasının və brendinin yaranması və üzgüçülüklə məşğul olan ginekoloq qadının bu məhsulun inkişafında rolu barədə daha çox məlumat əldə edin.

1947- ci ildə alman mühəndisi doktor Karl Xan amerikan jurnallarının birində tampon reklamını gördü və əmin oldu ki, bu növ məhsul Almaniya bazarında yoxdur, onun tətbiqi isə qadın gigiyena vasitələrinin bazarını təlaşa gətirə bilər. Onu vəkil Xaynts Mittaq, eləcə də, yeni şirkətin gələcək şəriki, ginekoloq qadın və üzgüçülüyün aktiv həvəskarı, tibbi ekspertiza və analizləri həyata keçirən həkim Cudit Esser dəstəklədilər. O, qadın həyatının yaxşılaşdırılmasına peşəkar maraqla yanaşı, 1940 – cı illərdə təklif olunan həcmli bezlərin əvəzini tapmaq kimi şəxsi marağa da malik idi ki, hər gün üzgüçülükdən həzz almaq imkanına nail olsun!

Üçlükdə onlar o.b.® tamponunu yaratdılar. Tamponun adı hərfi olaraq onların ideyasını əks etdirir, çünki o.b.® «ohne Binde» birləşməsinin abbreviaturasıdır, bu isə alman dilindən tərcümədə “bezsiz” deməkdir. Abbreviatura tamponun adını sadə və müasir etmək üçün seçilmişdir. Həqiqətən də, abbreviatura çox uğurlu oldu: istər o.b.® məhsullarının məşhurluğuna görə, istərsə də, yığcamlığına görə o.b.® abbreviaturası tamponların ümumi adına çevrildi.