Skip to main content

Search

Search
Все, что Вы хотели знать про тампоны

Tamponlar haqqında bilmək istədiyiniz hər şey

Hazırkı məqalədə biz qadınların intim gigiyenası sahəsində geniş tələbata malik olan bu vasitə haqqında maksimum informasiyanı əks etdirmişik.

Tampon: bu nədir?

Что такое тампон?

Tampon uşaqlıq yoluna daxil edilən və menstruasiya ifrazatlarını hopduran intim gigiyena vasitəsidir. Müasir tamponlar dairəvi başlığı olan silindr formasına malikdir – uşaqlıq yolunun anatomiyasının xüsusiyyətlərini və tamponun daxil edilməsi prosesini nəzərə alaraq, məhz bu forma daha uyğun hesab olunur. Məmulat sıxlaşdırılmış pambıqdan və ya viskoza əlavə etməklə xüsusi emal olunmuş pambıq lifindən hazırlanır, daxilində ip bərkidilib ki, bu ipi çəkməklə qadın dolu tamponu bədən boşluğundan çıxarır.

Tamponlar ölçülərinə və hopdurma dərəcəsinə görə müxtəlifdir, applikatorlu məmulatlar mövcuddur ki, onun köməyi ilə gigiyena vasitəsini bədənə gigiyenik şəkildə daxil etmək mümkündür.

Bir çox qadınlar bezlərlə müqayisədə bu gigiyena vasitələrinə daha çox üstünlük verir, çünki tamponlar:

  • Bədən daxilində yerləşməsi səbəbindən geyimin altından görünmür;
  • Xoşagəlməz qoxunun yaranma riskinin qarşısını alır;
  • Hərəkət üçün narahatlıq yaratmır və hiss olunmur;
  • Aktiv həyat tərzini sürmək (hətta üzmək və idmanla məşğul olmaq) imkanını yaradır.

Tamponların yaranma tarixi

Müasir tamponları xatırladan gigiyena vasitələrinin ilk dəfə nə zaman yarandığı dəqiq məlum deyil. Hesab olunur ki, qədim Roma qadınları yundan, Haiti, İndoneziya və Afrika qadınları bitki liflərindən, yapon qadınları isə kağız və bintlərdən kiçik hopdurucu vasitələr düzəldirdilər.

История возникновения тампоновBizim öyrəşdiyimiz konstruksiyaya və təyinata malik olan tamponlar barəsində ilk qeydlər XVIII və XIX əsrlərə aiddir. 1879 – cu ildə British Medical Journal “Uşaqlıq yolu tamponu – Doktor Evelinq boruçuğu” haqqında hesabatı dərc etmişdir. Tampon qliserin hopdurulmuş 3 – 4 qat pambıqdan hazırlanır və uşaqlıq yoluna xüsusi genişləndirici vasitəsilə daxil edilirdi. Buna baxmayaraq, yenilik geniş vüsət almadı və əsasən xəstəxanalarda tətbiq olunurdu. Britaniyanın 1900 – cü il tarixli lüğətində uşaqlıq yolu üçün tampon haqqında məqalə dərc edilmişdir. Bu, cunaya bükülmüş antiseptik pambıqdan hazırlanmış və uşaqlıq yoluna daxil edilən vasitə idi, çıxarılma prosesini asanlaşdırmaq üçün ona ip bərkidilirdi.

1930-1940 – cı illərdə tamponların geniş yayılması və onların kütləvi istehsalı başladı. 1947 – ci ildə həkim – ginekoloq və fəal üzgüçülük pərəstişkarı Cudit Esser o.b.® tamponunun prototipini yaratdı. 1950 – ci ildə onun tam işlənmiş və kliniki sınaqdan keçirilmiş variantı satışa çıxarılır və bestsellerə çevrilir.

Tamponların istifadəsi zaman TŞS

1979 -1980 – ci illərdə ABŞ-da ilk dəfə toksiki şok sindromu (TŞS) halları qeydə alınmışdır. Bu, nadir stafilokokk xəstəliyidir, qusma, diareya, yüksək hərarət və dəridə səpmənin yaranması ilə xarakterizə olunur. Ona səbəb toksikogen bakteriya – qızılı stafilokokk, eləcə də, piogen streptokokk və klostridiyalardır. Bu mikroblar kiçik sayda insan orqanizmində mövcuddur və ona zərər yetirmir. Bəs tamponlar TŞS ilə necə əlaqəlidirlər? 1975 – ci ildə Procter&Gamble şirkəti xüsusi gigiyenik məhsul olan superhopdurucu Rely tamponunu istehsal etmişdir. Bu hopdurma dərəcəsinə tampon hazırlandığı materiallar (karboksimetilsellüloza, poliester və sair) sayəsində malik idi.

Alimlər tərəfindən Rely tamponlarının istifadəsi ilə TŞS arasında əlaqə müəyyən olunmuşdur: sintetik inqrediyetlər toksikogen bakteriyaların artması üçün qidalandırıcı mühit yaradır. Şübhə qalmamışdır: tamponlarda minimal dərəcədə sintetika olmalıdır. Bundan əlavə, TŞS riskinin azaldılması üçün qadınlar gigiyena qaydalarına mütləq riayət etməlidirlər: minimal hopdurma qabiliyyətinə malik tamponu seçməli və onları düzgün və vaxtında dəyişməlidirlər. Müasir dövrdə bu mühüm informasiya bütün tampon istehsalçılarının rəsmi mənbələrində yerləşdirilir, gigiyenik vasitələrin tərkibinə isə yoxlanılmış yüksək keyfiyyətli materiallar daxildir ki, bu da sindromun inkişaf etmə ehtimalını azaldır.

Tamponu necə seçmək lazımdır?

Tamponu seçən zaman aşağıda qeyd olunan məqamları nəzərə almaq lazımdır.

  • Hopdurma dərəcəsi.

    Hopdurma dərəcəsinə görə tamponlar minimal, normal, super və super – plyus növlərinə bölünür. o.b.® xəttində bu növlərə Mini, Normal, Super və Super Plus tamponları uyğun gəlir. Əgər siz tamponları yeni istifadə etməyə başlamyırsınızsa, minimal hopdurma qabiliyyətinə malik olan ProComfort™ Mini tamponları sizin üçün ən uyğundur. Onlardan menstruasiyanın birinci və sonuncu günlərində, ifrazatların az miqdarda olduğu zaman istifadə etmək olar. Həmçinin, bu tamponlar menstruasiyası yeni başlamış yeniyetmə qızlar üçün də münasibdir. İfrazatların həcmi artan zaman Normal hopdurma dərəcəsini seçmək olar. Əgər ifrazat həcmi çoxdursa, Super və Super Plus tamponlarından istifadə edə bilərsiniz. Unutmayın ki, məhz hal hazırda münasib olan minimal hopdurma dərəcəsinə malik tamponlardan istifadə etmək və onları müntəzəm şəkildə dəyişmək lazımdır. Bəzi tamponlar istifadə prosesini rahat edən hamar örtüyə malikdir. Məsələn, bu, SilkTouch™ örtüklü o.b.® ProComfort™ tamponlarıdır. Sızmalara qarşı əlavə qorunmanı təmin etmək istəyənlər üçün spiralvari novçalı FluidLock™ tamponlarını tövsiyə etmək olar. Тампоны o.b.<sup>®</sup> ProComfort™ с покрытием SilkTouch™

  • İstifadə şərtləri.

    Gecə və gündüz istifadə etmək üçün tamponlar mövcuddur. o.b.® xəttində ikinci növə o.b.® ProComfort™ Night tamponları aiddir. Onlar xüsusi SilkTouch™qoruyucu qanadlara malikdirlər ki, bu da sızmalardan əlavə müdafiəni və komfortlu istifadəni təmin edir. Тампоны o.b.<sup>®</sup> ProComfort™ Night

  • Etibarlı müdafiə və ya komfortlu istifadə üzrə xüsusi müddəaların mövcudluğu.

    Bir çox qadınlar rahat və gigiyenik daxil etmə üçün boş boru formasında olan xüsusi ləvazimatlı applikatorlu tamponlara üstünlük verir. o.b.® applikatoru tamponun rahat və gigiyenik şəkildə daxil edilməsini təmin etmək üçün yığcam formatda yaradılmışdır. Тампоны o.b.<sup>®</sup> с аппликатором

Tamponların istifadəsi üçün əks göstəriş

Tamponların istifadəsi üçün əks göstəriş o qədər də çox deyil:

  • Uşaq yaşları (birinci menstruasiyanın başlamasına qədər gigiyena vasitələrini istifadə etmək həm məqsədəuyğun deyil, həm də uşaqlıq yolunun anatomik və fizioloji cəhətdən buna hazır olmadığı səbəbindən tövsiyə olunmur);
  • Doğuşdan sonrakı dövr (təbii siklin bərpa olunmasına qədər).

Əgər sizə iltihabı xəstəliklərin müalicəsi üçün uşaqlıq yolu şamları təyin edilibsə, bəzi həkimlər tamponlardan istifadə etməyi məsləhət görmürlər. Nadir hallarda əks göstəriş kimi həkim tərəfindən aşkarlanmış fərdi bədən quruluşu çıxış edə bilər.

Tamponu necə daxil etmək lazımdır?

Applikatorsuz tamponlar üçün təlimat

  1. Tamponu istifadə etməzdən əvvəl əllərinizi yuyun. Örtüyün üst və alt tərəflərini əks tərəfdə fırladın. Tamponun aşağı tərəfindən tutaraq, örtüyü çıxarın.

    Введение тампона без аппликатора – шаг 1

  2. Onu düzəltmək üçün geri çıxarma ipini çəkin.
  3. İşarət barmağınızın ucunu gigiyena vasitəsinin ortasına qoyun və örtüyün üst hissəsini çıxarın.

    Введение тампона без аппликатора – шаг 2 и 3

  4. Cinsiyyət dodaqlarını sərbəst əlinizin barmaqları ilə aralayın. Uşaqlıq yolu dəliyi (а) sidik kanalının dəliyi ilə (b) anus dəliyi (c) arasında yerləşir.
  5. Düzgün daxil edilmiş tampon uşaqlıq yolunun orta üçdə bir hissəsində yerləşir və siz onu hiss etmirsiniz. Əllərinizi yuyun.

    Введение тампона без аппликатора – шаг 4, 5, 6

Applikatorlu tamponlar üçün təlimat

Введение тампона с аппликатором

  1. Əllərinizi yuyun və tamponun üstündən örtüyü çıxarın.
  2. Applikatorun daxili borucuğunu xarici borucuqdan “çıqqıltıya” qədər ehtiyatla çıxarın.
  3. İşarət barmağı və baş barmaqlarınızla applikatoru xarici borucuğun aşağı hissəsindən tutun və onun dəirmi ucunu uşaqlıq yolunun girişinə (c) yerləşdirin. O, uretra (d) ilə anus dəliyi (e) arasında yerləşir.
  4. Applikatorun üst hissəsini (a) işarət barmağınızla baş barmağınız bədəninizə toxunana qədər diaqonal üzrə uşaqlıq dəliyinə daxil edin.
  5. İşarət barmağınızla applikatorun alt hissəsini (b) xarici hissəyə itələyin.
  6. Applikatoru çıxarın, zibil qutusuna atın və əllərinizi yuyun.

O.B.® ekspertizası

Bir çox qadınlar o.b.® keyfiyyətinə etibar edir, biz isə bu etibarı qorumaq üçün çalışırıq. 60 ildən artıqdır ki, o.b.® ekspertləri müdafiə səviyyəsinin və rahatlıq dərəcəsinin artırılması üzərində işləyirlər. Bu əməyin nəticələri arasında – aşağıda qeyd olunan yeniliklər mövcuddur:

Fasiləsiz şəkildə laborator sınaqlar və tədqiqatlar aparılır, alıcı xanımların sorğuları aparılır ki, dünyanın bütün müasir qadınlarının tələbatlarına cavab verən yalnız yüksək keyfiyyətli məhsulun istehsal olunmasına nail olaq. İstehsalat ciddi və sərt nəzarət şəraitində həyata keçirilir. Keyfiyyətə bu cür ciddi diqqət sayəsində o.b.® ticarət markasının məhsulları hər gün milyonlarla qadınlar tərəfindən istifadə olunur.

O.b.® - Seçim sənindir!