Skip to main content

Search

Search
Забота об окружающей среде

Ətraf mühitə qayğı: O.B.® sənin düşündüyündən daha çox qoruyur.

Sabit inkişaf ondan ibarətdir ki, ətraf mühitə və istehlakçılarımıza qarşı daim qayğı ilə yanaşaq. O, bizim üçün böyük əhəmiyyət kəsb edir. о.b.® hər il milyardlarla tampon istehsal edir. Hər tamponun ətraf mühitə mümkün qədər az təsir göstərməsinə necə nail olduğumuz barədə daha çox məlumat əldə edin.

SABİT İNKİŞAFIN TƏMİN EDİLMƏSİ NƏ DEMƏKDİR:

o.b.® TAMPONLARI BİR ÇOX QADINLARIN HƏYATININ BİR HİSSƏSİDİR. Təkcə Almaniyada qadınlar il ərzində bir milyarda yaxın tampon istifadə edir! Bu, o deməkdir ki, biz istehlakçılarımız və cəmiyyətimiz qarşısında xüsusi məsuliyyət daşıyırıq. Biz sosial təşəbbüslərə və ətraf mühitə qayğı göstərməyə can atırıq.

Biz zavodlarımızın ekoloji cəhətdən təmiz olmasına görə çalışırıq. Bu o deməkdir ki, biz qarşımıza istehsal etdiyimiz məhsulun nail olacağı ekoloji məqsədlər qoymuşuq və onları daim yeniləyirik. Bununla yanaşı, sabit inkişaf istilikxana qazlarının tullantılarının qarşısını almaqdan daha çox məqamı nəzərdə tutur. O, həmçinin, məsuliyyətimizin nümayişini və qız və qadınlara öz bədənlərini anlayıb, ona qayğı göstərməkdə yardım edən maarifləndirməni nəzərdə tutur.

TƏHSİLDƏ İŞTİRAK

«Dünyaya və hər bir insana qarşı qayğı ©» "Jonson & Jonson" şirkətinin işçilərini birləşdirən missiyadır. Burada hər kəs insanların həyat şəraitinin xüsusən də, səhiyyə və təhsil sahələrində yaxşılaşdırılması üçün işləyir.

o.b.® 1974 – cü ildən məktəblərlə işləyir, təmənnasız material və nümunələr təklif edir, məktəblilərə öz orqanizmləri barədə daha çox məlumat əldə etməyə yardım edir. Biz isə bu zaman gənc qadınlar üçün nəyin mühüm olduğunu öyrənmək üçün gözəl imkan əldə etmiş oluruq ki, məhsullarımızı onların həyat tərzinə daha uyğun etməyi bacaraq. Biz, həmçinin, səhiyyə sisteminin mütəxəssisləri ilə, ginekoloqlarla, mamalarla və pediatrlarla öz biliklərimizi paylaşırıq.

ƏTRAF MÜHİTƏ QARŞI QAYĞI

o.b.® əsas məhsulları applikatorsuz tamponlardır, çünki biz hesab edirik ki, hər bir qadın öz bədənini daha yaxşı tanıyır və bu səbəbdən də özü tamponun daxil edilməsi və yerləşdirilməsi prosesinə daha yaxşı nəzarət edir. Applikatorsuz tamponların istifadəsi həmçinin, hər il tonlarla lazımsız zibildən azad edir.

2010 – cu ildən biz zavodlarımızda ekoloji təmiz enerji istifadə edirik: onlardan biri Vuppertalda yerləşir və dünyada tampon istehsalı üzrə ən böyük obyektdir; ikincisi isə Sezannada bizim Fransa filialımızdır. Bu, o deməkdir ki, Avropada istehsal olunmuş tamponlar yenilənən mənbələrdən alınan enerjinin istifadəsi ilə hazırlanır.

Tələb olunan enerjinin 100 hidroelektrostansiyalardan daxil ollur.

o.b.® qablaşdırması həmçinin, ətraf mühitə qayğı fikri ilə hazırlanmışdır: kartonun dörddə üç hissəsi emal olunmuş kağızdanhazırlanır, qalan hissə isə - sabit mənbələrdən. Bütün istifadə olunan mürəkkəblər bitki əsaslıdır.