Skip to main content

Search

Search
Качество, которому можно доверять

Etibar ediləcək keyfiyyət

Keyfiyyət nəyə görə zəruridir? Təkcə Almaniyada hər il 1,2 milyard o.b.® tamponları satılır, həmçinin, onlar dünyanın daha 40 ölkəsinə ixrac edilir. Tamponlar milyonlarla qız və qadınların həyatının bir hissəsidir. Onlar o.b.® keyfiyyətinə etibar edirlər, biz isə onların etibarını doğrultmaq üçün çalışırıq.

60 ildən artıq müddətdir ki, o.b.® alimləri müntəzəm olaraq müdafiə və komfort səviyyəsinin artırılması sahəsində çalışırlar. Bu işin nəticəsində bizim əsas yeniliklərimiz yarandı: SilkTouch™örtüyü, qoruyucu qanadlar və müxtəlif hopdurucu materiallar – tamponun asan və rahat daxil edilməsi və sızmalardan maksimal müdafiə üçün. Spiralvari novçalı о.b.® Normal tamponu 22 tampon sırasından Almaniyanın “Ştiftunq Varentest” istehlakçılar təşkilatının “çox yaxşı” qiymətinə layiq görülmüş yeganə tampondur.

Laborator tədqiqatlar, sınaqlar, istehlakçıların tədqiqatları və yüksək istehsalat standartları o.b.® tamponlarının keyfiyyətinin və təhlükəsizliyinin təminatçısıdır. İstehsalat ciddi nəzarət şəraitində həyata keçirilir, çünki bu cür intim məhsullar istehsalatın yüksək keyfiyyət standartlarına riayət etməni tələb edir. İstehsalat prossesinə hər bir tamponun geri çıxarma ipinin möhkəm bərkidilməsini yoxlamaq məqsədi ilə seçmə testlər həyata keçirilir.

Bundan əlavə, və ilk növbədə bu, o.b.® tamponlarını dünyada hər “belə” gündə və hər “belə” gecədə istifadə edən milyonlarla qadınlar tərəfindən onların fasiləsiz test edilməsidir ki, bu da o.b.® tamponlarının keyfiyyətini yaxşılaşdırmağa və təmin etməyə yardım edir. Biz müştərilərimizi diqqətlə dinləyir və onlardan daim dəyərli informasiyanı alırıq ki, məhsullarımız Sizin gözləntilərinizi və tələbatlarınızı ən yüksək səviyyədə təmin edə bilsin.