Skip to main content

Search

Search
Что нужно знать о ежедневных прокладках?

Hər bir qadın üçün gündəlik bezlər haqqında nəyi bilmək faydalıdır?

Gündəlik bezlər («gündəliklər») şəxsi gigiyena vasitələrinin bir növüdür ki, onlar qadının bütün gün ərzində özünü təmiz və təravətli hiss etməyinə yardım edir. Onların əsas vəzifəsi menstruasiyalar arasında mövcud ifrazatların hopdurulmasından ibarətdir. Bu cür vasitələrdən istifadə zamanı gigiyena qaydalarına riayət etmək və yalnız keyfiyyətli bezlərə üstünlük vermək lazımdır. CAREFREE® bezləri məhz bu cürdür.

Keyfiyyətli gündəlik bezlərin üstünlükləri.

Yumşaq üst qata malikdir

Мягкий верхний слой ежедневных прокладок Carefree

Keyfiyyətli gündəlik bezlər yumşaq və bədən üçün rahat üst qata malikdir. Gündəlik bezlərin istifadəsi qadın cinsiyyət orqanlarının incə dərisini mexaniki qıcıqlanmadan qorumaq və alt paltarlarının komfortunu təmin etməkdə yardım edir. Carefree® gündəlik salfetlərinin yeni forması ekstrayumşaq hissini təmin edən yumşaq örtüyə malikdir.

Hava buraxan səthli nəfəs alan

Воздухопроницаемая поверхность ежедневных прокладок Carfree

Hava buraxan səthə malik olan keyfiyyətli gündəlik bezlər dərinizə nəfəs almaq imkanını verir və alt paltarınızın təravətini təmin edir. Məsələn, Carefree® gündəlik bezləri absorbsiya qatı hesabına ifrazatları hopdurur və bakteriyaların yaranması üçün əlverişli olan nəm mühitin yaranmasının qarşısını alır. Gündəlik bezlər onların inkişaf etməsinə və uşaqlıq yoluna nüfuz etməsinə imkan vermir və beləliklə də, qadının intim sağlamlığının “sipəri” rolunu oynayır.

Elastikdirlər və bədənin hərəkətlərinə uyğunlaşırlar

Ежедневные прокладки Carfree защищают от запаха

Gündəlik bezlər elastik və bədənin hərəkətlərinə uyğunlaşmaq qabiliyyətinə malik olmalıdır. Carefree® bezlərinin xüsusi forması bədənin konturlarını təkrarlayır və bununla da, istənilən vəziyyətdə hərəkətlərin sərbəstliyini təmin edir.

 

Hər gün təravət hissi bəxş edir.

Ежедневные прокладки Carfree дарят ощущение свежести каждый день

Heç bir qadın üçün sirr deyil ki, cinsiyyət orqanlarının təmizliyi bilavasitə sağlamlıqla əlaqəlidir. İdealda gigiyenaya riayət etmək mütəmadi yuyunma proseslərini və ifrazatların nəticəsində nəmlənmiş alt paltarlarının lazım olan zaman dəyişdirilməsini nəzərdə tutur. Lakin, məsələn, siz işdə və ya dərsə, yaxud yolda olduğunuz zaman hər dəfə bunu etmək imkanı olmaya bilər. Belə olan hallarda ayaqyolundan istifadə etmək və sadəcə gündəlik bezinizi dəyişmək kifayətdir, beləliklə də, bütün gün ərzində təravətinizi qorumuş olacaqsınız!

Alt paltarınızı və geyiminizi qoruyur

Ежедневные прокладки Carfree защищают белье и одежду

Patologiyaların olmadığı zaman və normal həyat tərzi sürdükdə uşaqlıq yolundan ifrazatlar şəffaf və ya açıq rəngli olur. Ovulyasiya dövründə ifrazatların həcmi artır. Bu hallarda gündəlik bezlər köməyinizə gələcək: onlar alt paltarınızı və geyiminizi ləkələrdən qoruyacaq. Bundan əlavə, belə vasitələr işdə, yaxud yolda olduğunuz zaman baş verə biləcək menstruasiyanın bilavasitə başlanmasından əvvəl “sığorta” qismində çıxış edə bilər.

Gündəlik bezlər sizə nə zaman lazım ola bilər?

Gündəlik bezlər təkcə ovulyasiya dövründə deyil, həmçinin, menstruasiya siklinin son günlərində də lazım ola bilər, çünki bu günlərdə uşaqlıq yolundan ifrazatlar azalır və adi bezdən yaxud tampondan istifadə etməyə ehtiyac olmur. Beləliklə, alt paltarınız əlavə səy göstərmədən quru və təmiz qalacaq.

Məhz sizin üçün hansı gündəlik bezlərin uyğun olduğunu necə anlamaq olar? Əlbəttə ki, alt paltarınızın və geyiminizin növünə uyğun olan bezlərin. CAREFREE® bezləri hər gün davamlı müdafiədən həzz almaq və təravət və əminlik hissi ilə yaşamaq üçün ən sadə üsuldur!

CAREFREE® gündəlik bezləri nə deməkdir?

CAREFREE® gündəlik bezləri sağlamlıq üçün təhlükəsiz materiallardan hazırlanan və bir neçə qatdan ibarət olan qoruyucu gigiyena vasitələridir. Belə struktur mayeni qısa zaman ərzində hopdurmaq və onu bezin daxilində etibarlı şəkildə saxlamaq imkanını verir. Yumşaq üst qatı sayəsində gigiyena vasitələri əl ilə toxunan zaman xoşagələndirlər. Hopdurucu örtüyün əsasını sellüloz – ekoloji təmiz material təşkil edir. Yeri gəlmişkən, pambıq 99,5% məhz sellülozdan ibarətdir. Sellüloz liflərinin yumşaqlığı və möhkəmliyi ilə fərqlənir və onların sayəsində ifrazatların yaxşı hopdurulması təmin edilir.

CAREFREE® xəttində müxtəlif müdafiə və qalınlıq səviyyəsinə malik olan gündəlik bezlər, müxtəlif növdə və formada olan gündəlik bezlər (istər adi alt paltarları üçün, istərsə də strinq / tanqalar üçün), ətirsiz və ya yüngül ətirli bezlər təqdim olunmuşdur.

Линейка ежедневок Carefree

Baza xəttinin CAREFREE® gündəlik bezləri: cotton, aloe, flexiform

3D Komfort: yumşaq örtük, alt paltarına etibarlı şəkildə bərkidilir, elastik forma.

Baza xəttinin CAREFREE® gündəlik bezləri alt paltarınızı qoruyacaq və hər gün təmizlik və təravət hissini bəxş edəcək nəfəs alan gündəlik bezlərdir. Yumşaq üst qatı sayəsində gigiyena vasitələri diskomfort hissi yaratmayacaq. Nəfəs alan CAREFREE® cotton & aloe gündəlik bezləri təbii pambıq və aloe cövhərlərini daxil edir. Onlar o qədər rahatdırlar ki, istənilən vəziyyət üçün uyğundurlar – işə getdiyiniz zaman, rəfiqələrinizlə mağazaları gəzdiyiniz zaman və ya gecə əyləncəsində olduğunuz zaman.

Siz həmçinin, fərdi qablaşdırmada olan gündəlik bezi rahatlıqla yanınızda daşıya bilərsiniz. CAREFREE® flexiform bezləri isə istər adi alt paltarları üçün, istərsə də strinq / tanqa növlü alt paltarları üçün uyğundur. Siz baza xəttinin CAREFREE® gündəlik bezlərini aşağıda qeyd olunan variantlardan seçə bilərsiniz:

  • Yüngül ətirli (dermatoloqlar tərəfindən test edilmişdir);
  • qoxusuz;
  • fərdi qablaşdırmada.

Ежедневные прокладки Carefree Flexiform fresh 18 Ежедневные прокладки Carefree Aloe 20 Ежедневные прокладки Carefree Cotton fresh 20 Ежедневные прокладки Carefree Cotton в индивидуальной упаковке Ежедневные прокладки Carefree Aloe 20 в индивидуальной упаковке

CAREFREE® plus Large gündəlik bezləri:

Ekstraqoruma + 3D Komfort: yumşaq örtük, alt paltarına etibarlı şəkildə bərkidilir, elastik forma

CAREFREE® plus Large gündəlik bezləri sizə hər gün təravət və təmizlik hissini qorumaqda yardım edəcək. Onlar adi gündəlik bezlərlə müqayisədə daha uzun və enlidir və ifrazatları daha tez hopdurur. Nəmi daxilində etibarlı şəkildə qoruyan nadir superhopdurucu qat sayəsində CAREFREE® plus Large gündəlik bezləri daha uzunmüddətli qorumanı təmin edir. Bu bezlər 12 saat ərzində pis qoxunun yaranmasının qarşısını alır!

Siz CAREFREE® plus Large gündəlik bezlərin aşağıda qeyd olunan variantların birini seçə bilərsiniz:

  • Yüngül ətirli (dermatoloqlar tərəfindən test edilmişdir);
  • qoxusuz;

Ежедневные прокладки Carefree large fresh 20 Ежедневные прокладки Carefree Large fresh 36

CAREFREE®Superİncə gündəlik bezləri

#SUPERELASTİK. Yeni gündəlik bezlərin xüsusi forması bədən hərəkətlərini təkrar edir. Bunun sayəsində Carefree® Superİncə istifadə zamanı gözə çarpmır.

#SUPERFİKSASİYA. Xüsusi yapışqan alt qat Sizin nə dərəcədə hərəkət etdiyinizdən asılı olmayaraq Carefree® gündəlik bezlərinin yerində qalmağını təmin edir.

#SUPERMİNİFORMAT. Hər gündəlik bez bakteriyaların daxil olmasının qarşısını alan və gigiyenikliyi təmin edən fərdi qablaşdırmaya malikdir. Carefree® qutusunun rahat mini formatı isə lazım olan zaman gündəlik bezlərini həmişə özünüzlə götürmək imkanını verəcək.

#SUPER TƏRAVƏT. Carefree® Super İncə Sizə hər gün yüngül təravətli qoxu bəxş edir. Bununla yanaşı onlar ifrazatları əla hopdurur və dərinizə nəfəs almaq imkanını verir.

“Gündəliklərin” istifadəsi üzrə bir neçə tövsiyə

  • Fərdi qablaşdırması olmayan, yəni, bir ümumi qutuda yerləşən gündəlik bezləri seçdiyiniz zaman aşağıda qeyd olunan qaydaya riayət etmək zəruridir: qablaşdırmanın açıldığından sonra hər dəfə bezi götürdükdə qutunu bağlamağı unutmayın. Beləliklə siz gigyena vasitələrinin ətraf mühit ilə arzuolunmaz kontaktının qarşısını almış olacaqsınız.
  • İşdə və ya yolda olduğunuz zaman özünüzlə fərdi qablaşdırmaya malik olan və xarici mühit ilə kontaktlardan qorunmuş rafat formatlı gündəlik bezləri götürün. Bu cür gigiyenik format harada olduğunuzdan asılı olmayaraq təravətinizi qorumağa yardım edəcək.
  • CAREFREE® bezləri kimi yalnız yoxlanılmış və təhlükəsiz məhsulu istifadə edin. Unutmayın: ikinci dərəcəli və kimyəvi maddələrlə emal olunmuş xammaldan hazırlanmış keyfiyyətsiz gigiyena vasitələri orqanizminizə zərər vura bilər.
  • İntim orqanlar nahiyəsində dəri həddindən artıq incə və həssasdır, o, mütləq şəkildə hava ilə kontaktda olmalı və “nəfəs almalıdır”. Bu səbəbdən də qaşınma və ya qızarma kimi xoşagəlməz halların yaranmasını istisna etmək üçün yalnız “nəfəs alan” gündəlik bezlərdən istifadə edin. Gündəlik bezlərin istifadəsindən əvvəl sizə daha çox uyğun gələn bezi seçmək üçün ginekoloqunuzla məsləhət edə bilərsiniz.

* Rusiya ərazisində təqdim olunan Carefree® gündəlik salfetlər xətti sırasında