Skip to main content

Search

Search

Hamiləlik zamanı qəbizlik

Qəbizlik hamiləlik və körpənin əmizdirilməsi dövründə qadınlar arasında çox yayılmış problemdir.

Hamiləlik zamanı qadınların üçdə ikisi və doğuşdan sonra hər üçüncüsü bağırsağın boşalmasının ləngiməsi ilə bağlı narahatçılıqdan şikayət edir*. Çoxları belə halları bu dövr üçün təbii hesab edərək, bu xoşagəlməz simptomlara dözməyə üstünlük verirlər. Lakin belə yanaşma həm ana üçün, həm də körpə üçün təhlükəli ola bilər. Bağırsağın işinin pozulmasına zamanında diaqnoz qoymaq və müalicəyə başlamaq vacibdir. Hamiləlik zamanı qəbizliyin hansı səbəblər üzündən meydana gəldiyini, hansı nəticələrə gətirə biləcəyini və bu problemi necə həll etməyi aydınlaşdıraq.

Qəbizliyi necə müəyyən etməli

Qəbizlik fərdi fizioloji norma ilə müqayisədə defekasiya aktları arasında intervalların artması, çətin defekasiya aktı ilə (hətta bağırsaq boşalmasının normal sıxlığının saxlanılması zamanı) və ya sistematik olaraq bağırsağın natamam boşalması hissi ilə özünü büruzə verən bağırsaqların funksiyasının pozulmasıdır**.

Qəbizlik zamanı nəcis kütləsi azalır, onun konsistensiyası həmçinin dəyişir (o bərk, seqmentli olur). Çox vaxt hamiləlikdə qəbizlik həmçinin defekasiya zamanı uzun gücvermə ehtiyacı və ağrı, meteorizm və bağırsaq nahiyəsində ağrı hissləri ilə özünü büruzə verir.

Erkən dövrlərdə qəbizliyin səbəbləri

Hormonal fonun dəyişməsi. Bu hamilələrdə qəbizliyin ən yayılan səbəblərindən biridir. Mayalanmadan sonra ilk aylarda qadının orqanizmində uşağı qarnında gəzdirməyə hazırlıq üçün aktiv hormonal dəyişikliklər baş verir, xüsusilə proqesteronun istehsalı əhəmiyyətli dərəcədə artır. O kiçik çanaq orqanları əzələlərinin tonusunu aşağı salır ki, mayalanmış yumurta hüceyrəsi uşaqlıqda yaxşı möhkəmlənsin. Təəssüf ki, bu hal özünəməxsus yan təsirə malikdir, yəni həzm yolunun işi yavaşlayır, bağırsaqların peristaltikası pisləşir, erkən müddətlərdə qəbizlik yarana bilər. Bundan başqa, qadınlar tez-tez öz fiziki fəallığını kəskin şəkildə azaldır ki, bu da həmçinin pozulmaya səbəb ola bilər. Bütün bunları nəzərə alaraq, təbiidir ki, gələcək ana həftədə bir neçə dəfə: "Qəbizlik zamanı hamilə nə etməlidir?" sualını verə bilər. Hamiləliyin erkən müddətlərində qəbizliyə qarşı effektiv vasitə gələcək analar arasında ən tələb olunan preparatlardan biridir.

Qidalanma rasionunun pozulması. Daha bir yayılmış problemlərdən biri şişlərdir, buna görə bir çox qadınlar su və tərkibində böyük miqdarda maye olan məhsulların (tərəvəzlər, meyvələr) istifadəsini məhdudlaşdırırlar. Qastroenteroloqlar bunu etməyi məsləhət görmürlər, çünki maye və sellüloz (qida lifləri) düz bağırsağın normal işi üçün son dərəcə əhəmiyyətlidir.

Dəmir və kalsium tərkibli preparatların qəbulu. Həkimlər bəzən hamilə qadınlara dölün normal qidalanmasına imkan yaradan xüsusi preparatlar, kalsium və dəmir tərkibli dərmanlar və bioloji aktiv əlavələr təyin edirlər. Bu maddələr bərkidici effektə malikdir və erkən müddətlərdə qəbizlik yarada bilər. Bu səbəbdən bir çox qadınların dərman qutularında hamilələr üçün qəbizliyə qarşı vasitələrə rast gəlinir.

Son dövrlərdə qəbizliyin səbəbləri

Yuxarıda təsvir edilmiş bütün amillər həmçinin son dövrlərdə (doğuşa qədər 16-cı həftədən etibarən) hamilələrin bağırsaqlarının işinə təsir edir. Lakin bunlara bir çox qadınlar üçün hamiləlik zamanı qəbizliyə qarşı vasitə qəbulunu zəruri edən bir neçə məqam əlavə edilir.

Fiziki fəallığın azalması. Doğuş yaxınlaşdıqca hərəkətedici fəallıq daha çox məhdudlaşdırılır. Bu, dölün böyüməsi səbəbindən çəki artımı və onurğaya güc düşməsi ilə əlaqədardır.

Dölün vəziyyətinin dəyişməsi. Son həftələrdə körpənin başı aşağı düşür və uşaqlığın divarı vasitəsilə bağırsaqları çox sıxır.

Emosional fonun dəyişməsi. Nəhayət, bir çox gələcək analar doğuşdan əvvəl həyəcanlanmağa başlayır, onların iştahası azalır və bu həmçinin bağırsağın boşalmasının ləngiməsinə gətirib çıxara bilər. Buna görə hamilə qadın üçün problemin birinci həlli qəbizliyə qarşı vasitə ola bilər.

Hamiləlik zamanı qəbizliyin mümkün nəticələri

Yuxarıda biz qeyd etdik ki, qadınlar hamiləlik zamanı qəbizliklə mübarizə aparmalıdırlar. Bunun səbəbləri var. Düz bağırsaqda bağırsağın boşalmasının sistematik ləngiməsi zamanı həzm edilmiş qida qalıqları toplanır, və bu mikrobların artması üçün əlverişli mühitdir. Hamiləlik zamanı qəbizlik xoşagəlməz nəticələrə gətirib çıxara bilər, yəni:

  • hamilələrdə qəbizlik bağırsaqların mikroflorasının pozulmasına səbəb ola bilər;
  • hamiləlik zamanı xroniki qəbizlik qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərinə səbəb ola bilər;
  • bağırsaqlarda qəbizlik zamanı çürümə prosesləri inkişaf edə bilər, ayrılan toksinlər qana düşür və qadının əhvalına və dölün vəziyyətinə təsir edir;
  • son dövrdə qəbizlik zamanı güc vermə doğuşun vaxtından əvvəl başlanmasına təkan verə bilər;

hamilələrdə qəbizlik zamanı həddindən artıq dolmuş yoğun bağırsaq tez-tez uşaqlıq tonusuna təsir edir ki, bu da uşaqsalma riskini artırır.

Hamiləlik zamanı qəbizliyin profilaktikası

Hamiləlik zamanı bağırsaq boşalmasının pozulmasının profilaktikası üçün qadınlar bir neçə sadə qaydaya riayət edə bilər. Birincisi, daha çox sellüloz tərkibli (tərəvəz, meyvə, kəpəklər və başqaları) ərzaq istifadə etməyə çalışmaq. Qida lifləri hamiləlik zamanı qəbizlik əleyhinə ən sadə vasitədir. Tünd çay və ya qəhvə, şokolad və un məmulatlarından çox istifadə etməyin. İkincisi, daha çox maye (əks göstərişlər olmadıqda 1,5-2 litrə qədər) içmək. Üçüncüsü, daha çox hərəkət etmək. Söhbət icazə verilən fiziki fəallıqdan, məsələn hamilələr üçün təmiz havada müntəzəm gəzintilər və ya xüsusi yoqadan gedir.

Hamiləlik zamanı qəbizliyin müalicəsi

Hamilə qadınlarda qəbizliyin müalicəsi ilə ixtisaslaşdırılmış həkim məşğul olmalıdır. Problem ondan ibarətdir ki, bir çox məşhur preparatları belə vəziyyətdə qəbul etmək qadağandır. Müalicənin fizioterapiya metodları həmçinin uşaqlığın stimulyasiyası təhlükəsinə və dölə pis təsirə görə hamilə qadınlar üçün qadağandır. Qəbizlikdən şikayətlər zamanı hamilələrə spazmalara səbəb olan işlətmə vasitələri istifadə etməyi məsləhət görmürlər. Bunlara tərkibinə maqnezium sulfatı, Karlovarski duzu, gənəgərçək yağı, həmçinin murdarça qabığı, ravənd və səna yarpaqları daxil olan preparatlar aiddir. Hamiləlik zamanı bu cür qəbizliyə qarşı vasitələrdən istifadədən əvvəl qadın məsləhət almaq üçün mütəxəssisə müraciət etməlidir.

MİKROLAKS® hamiləlik zamanı işlətmə vasitəlsi

Hamiləlik zamanı qəbizlikdən qurtulmaq üçün, biz müasir preparatdan, məsələn mikroimalə formatında MİKROLAKS®, preparatından istifadə etməyi tövsiyə edirik. Ondan hətta hamiləlik zamanı, həmçinin uşaqlarda işlətmə vasitəsi kimi istifadə etmək mümkündür. Vasitə artıq 5-15 dəqiqə sonra təsir etməyə başlayır, çünki həzm yolu vasitəsilə keçmir və bilavasitə nəcis kütlələrinə təsir edərək yerli təsir göstərir. Onun iş mexanizmi əsasında peptizasiya prosesi dayanır: bağırsaqların boşalmasının sadələşdirilməsi sıx nəcis kütlələrinin yumşalması sayəsində əldə edilir. Bu bağırsaqların boşalmasına imkan yaradan ən fizioloji metodlardan biridir. Preparatın (mikroimalə) əlverişli buraxılış forması hamiləlik zamanı işlətmə vasitəsindən istifadənin rahatlığını artırır.

* Catherine S Bradley, Colleen M Kennedy, Anne M Turcea, Satish S C Rao, Ingrid E Nygaard ‘Constipation in pregnancy: prevalence, symptoms, and risk factors’ ,Obstetrics and gynecology. 01/01/2008; 110(6):1351-7.

(Ketrin S. Bredli, Kollin M. Kennedi, Enn M Turçea, Satiş S.K. Rao, E.İnqrid, Niqaard "Hamiləlik zamanı qəbizliklar: yayılma səviyyəsi, simptomları və risk amilləri", "Mamalıq və ginekologiya. 01.01.2008; 110 (6) :1351-7" jurnalı)

** A.İ. Xavkin. Uşaqlarda xroniki qəbizlik: terapiya prinsipləri, Uşaq doktoru, 2000, № 5.