Skip to main content

Search

Search

Yaşlı insanlarda qəbizlik

Təəssüf ki, qəbizlik problemi bu gün qastroenterelogiyada çox aktualdır. Ekspertlərin qiymətləndirilmələrinə əsasən, inkişaf etmiş ölkələrdə müxtəlif dərəcəli qəbizlikdən əziyyət çəkən 60 yaşdan yuxarı insanların sayı təxminən 60% təşkil edir. 1

Qəbizlik insanın həyat keyfiyyətini aşağı salaraq, narahatlığa səbəb olur və fəallığı məhdudlaşdıra bilər. Bu səbəbdən yaşlı insanlar üçün işlətmə vasitələri xoşagəlməz simptomlardan qurtulmağa kömək edən yumşaq vasitə tapmaq əhəmiyyətlidir.

Yaşlı insanlarda qəbizlik simptomları

Aşağıdakı əlamətləri olan bağırsaqların funksiyasının pozulması qəbizlik adlanır:

  • fərdi fizioloji norma iləa müqayisədə defekasiya aktları arasında vaxtın artması;
  • defekasiya (hətta bağırsağın boşalmasının normal tezliyinin saxlanması zamanı) aktının çətinliyi;
  • bağırsağın sistematik olaraq kifayət etməyən boşalması.2

Yadda saxlamaq lazımdır ki, insanlarda defekasiya sıxlığının normal göstəriciləri fərdidir və əgər insan ayaqyoluna kifayət qədər az gedirsə, lakin bu onda narahatçılıq və bağırsaqların natamam boşalması hisslərini yaratmırsa, ola bilər ki, qəbizlik haqqında danışmaq tezdir.

Yaşlı insanlarda qəbizliyin növləri

Qəbizliyin aşağıdakı növləri var:

Kəskin. Yaşlı insanlarda bu qəbizlik epizodik yaranır, uzun sürməyən vaxt ərzində davam edir və aşağıdakı səbəblərlə bağlıdır:

  • müəyyən ərzaqların istifadəsi ilə (adətən bərkidici təsirə malik asanlıqla həzm olunan çörək-bulka məmulatları, ət, fındıq və başqaları);
  • streslər (psixoloji gərginlik, depressiyalar və s. zamanı);
  • bəzi dərman vasitələrinin qısa müddətli qəbulu (antasidlər, antidepressantlar, dəmir preparatları və başqaları).

Xroniki. Bu, yaşlı insanlarda müəyyən uzunsürən müddət ərzində daim müşahidə olunan qəbizlikdır. Yaşlı insanlarda xroniki qəbizlik kəskin qəbizlikdən daha çox rast gəlinir. Son zamanlar xroniki qəbizliyi səbəbsiz olmadan sərbəst xəstəlik hesab edirlər, lakin tez-tez o həzm yolunun başqa patologiyalarının əlamətləri olur.

2006-cı ildə beynəlxalq ekspertlər qrupu "Roma amilləri-III"3 tərtib edərək, böyüklərdə xroniki qəbizlik diaqnozu qoymağa əsas verən əlamətləri müəyyən etdi.3

  • Həftədə 3-dən az defekasiya aktı.
  • Defekasiya aktlarının 25 %-də bərk və ya fraqmentləşmiş nəcis.
  • Defekasiya aktlarının 25 %-i gücvermə ilə müşayiət olunur.
  • Defekasiya aktlarının 25 % və daha çox hallarda bağırsaqların natamam defekasiyası hissi.
  • Defekasiya aktlarının ən azı 25 %-də anorektal obstruksiya (blokadalar) hissi.
  • Defekasiya aktlarının ən azı 25 %-də manual kömək.
  • Qıcıqlanmış bağırsaqlar sindromu diaqnozunun qoyulması üçün meyarların olmaması.

Əgər son ildə ən azı 3 ay ərzində göstərilən simptomlardan heç olmasa 2-si müşahidə olunursa, xroniki qəbizlik haqqında danışmağa əsas var.

Yaşlı insanlarda qəbizliyin səbəbləri

Əzələlərin tonusunun azalması. Bağırsaqların peristaltikasının pisləşməsi maddələr mübadiləsinin yaş dəyişikliyi və fiziki fəallıq məhdudiyyəti ilə əlaqədar yarana bilər.

Balanslaşdırılmamış qida rasionu. Yaşlı insanlarda qəbizlik yaranması az sellülozlu asanlıqla mənimsənilən qidanın istifadəsi ilə bağlı ola bilər.

Daxili sekresiya vəzlərinin işində dəyişiklik. Yaşlı yaşda, necə deyərlər, endokrin qəbizliyı klimaks, miksedema, şəkərli diabet, hiperparatireoz və müəyyən hormonların həddindən çox olması və ya çatışmazlığı ilə bağlı belə hallar və xəstəliklərlə törədilir.

Düz bağırsaq və anal nahiyəsi xəstəlikləri. Tez-tez yaşlı insanlara düz bağırsağın şişləri, anal dəliyin çatları, babasil zamanı işlətmə vasitələri tələb olunur.

Yaşlı insanlarda qəbizliyin profilaktikası

Yaşlı insanlarda qəbizliyin profilaktikası üçün adətən qidalanma rasionuna, içmə rejiminə diqqət etmək, həmçinin fiziki məşğələlər və tənəffüs gimnastikası ilə məşğul olmaq tələb olunur. Yaşlı insanlar üçün qəbizliyə qarşı ən yaxşı vasitə sellüloz, yəni bir çox məhsullarda: təzə tərəvəzlər və meyvələrdə, kəpəkdə, dənli çörəkdə və s. olan qida lifləridir. Su nəcis kütlələrini durulaşdırır, defekasiyanı yüngülləşdirir. Əzələlərin tonusunun saxlanması həmçinin bağırsaqların peristaltikasının pisləşməsinin qarşısını almağa imkan verir.

Yaşlı insanlarda qəbizliyin müalicəsi

Çoxları bağırsağın boşalması ilə bağlı problemlərə kifayət qədər diqqət yetirmir və onunla yalnız işlətmə vasitələrinin köməyi ilə mübarizə aparmağa üstünlük verir. Lakin yaşlı insanlarda qəbizliyin düzgün diaqnostikası və kompleks terapiya taktikasının hazırlanması üçün mütəxəssisə müraciət etmək tövsiyə edilir. Qəbizlik probleminin həlli üçün ilk növbədə bağırsaqların boşalması prosesinin pozulması səbəbləri ilə mübarizə aparmaq lazımdır. Bu halda terapiya nəinki simptomların aradan qaldırması üçün işlətmə vasitələri qəbulunu, həmçinin insanın həyat tərzinin dəyişməsi, qidalanma rasionu, həmçinin müşayiət edici xəstəliklərin və pozuntuların müalicəsi üçün bəzi başqa dərman preparatlarının tətbiqini daxil edir. Bundan başqa, ola bilsin ki, əks göstərişləri nəzərə alaraq fizioterapiya prosedurlarının keçirilməsi lazım olacaq. İşlətmə vasitələri qəbulu daxil olmaqla, bütün sadalanan tədbirlər, xəstənin sağlamlıq vəziyyətini qiymətləndirə biləcək müalicə edən həkim tərəfindən təyin olunmalıdır.

Qəbizliyi aradan qaldırmak üçün işlətmə vasitələri

Qəbizlik zamanı yaşlı insanlar üçün ilk yardım kimi bir çox hallarda yumşaq işlətmə vasitələri təyin edilir. Onlar bağırsaqla bağlı problemlərə görə yaranan xoşagəlməz hisslərdən və ağrılardan qurtulmağa imkan verir. Mövcud olan işlətmə vasitələrinin tərkibində, bir qayda olaraq, qəbizliklə mübarizə aparmağa imkan verən aşağıdakı komponentlər var:

  • bağırsaqların reseptor aparatının kimyəvi qıcıqlanmasına səbəb ola bilən vasitələr. Onlara səna, ravənd, qutallaks, fenolftalein, gənəgərçək yağı və s. aid etmək olar;
  • suyun sorulmasını dayandıran vasitələr. Bu qrupa natrium sulfat, maqnezium sulfat, Karlovarski duzu və s. aiddir;
  • bağırsaqların tərkibinin həcminin artmasına imkan yaradan vasitələr. Bu kəpək, aqar-aqar, sellüloz metili, dəniz kələmidir;
  • nəcis kütlələrini yumşaltmağa imkan verən vasitələr. Onlara vazelin və badam yağları, duru parafin və s aiddir.

MİKROLAKS® preparatının köməyi ilə qəbizlik simptomlarının aradan qaldırılması

Sizə mikroimalə formasında MİKROLAKS® bağırsaq boşaldıcı preparat təqdim edirik ki, o qəbizlikdən və onunla bağlı xoşagəlməz hislərdən tez bir zamanda qurtulmağa imkan verəcək. İstifadədən əvvəl mütləq tətbiq üzrə təlimatla tanış olun. Preparatın yumşaldıcı təsiri 5-15 dəqiqədən sonra4 başlayır, çünki vasitə həzm yolundan keçmir. MİKROLAKS® yerli təsir (bilavasitə nəcis kütlələrinə) göstərir və bağırsaqların yuxarıdakı bölmələrinə təsir etmir. Mikrolaks® mikroimaləsi bir dəfəlik istifadə üçün nəzərdə tutulub, buna görə doza haqqında düşünməyə gərək olmayacak. MİKROLAKS® preparatından müntəzəm surətdə istifadə etmək olar, çünki o asılılıq yaratmır. Bu bağırsaq boşaldıcı vasitədən yaşlı insanlar tərəfindən istifadə zamanı bağırsaqlarda suyun azad edilməsi və tərkibinin yumşalması baş verir, bu halda xoşagəlməz ağrılı spazmalar olmur.

1 A.N.Zlatkina. Həzm orqanlarının xroniki xəstəliklərinin müalicəsi. M., 1994. 350 s.; M.A.Kamm, Lennard-Jones J.E. Constipation. Petersfield UK, Bristol, USA. 1994. (M.A.Kamm, C.E. Lennard-Cons. Qəbizlik. Pitersfild, Böyük Britaniya, Bristol, ABŞ. 1994.)

2 A.İ.Xavkin. Uşaqlarda xroniki qəbizlik: terapiyanın prinsipləri, Uşaq doktoru, 2000, №5.

3 Roma meyarları III

4 Mikrolaks® dərman vasitəsinin tətbiqi üzrə təlimata əsasən vasitənin təsiri nəticəsində defekasiya aktı bir neçə dəqiqə ərzində, adətən 5 dəqiqədən 15 dəqiqəyə qədər baş verir.