Skip to main content

Search

Search

Qəbizliyin xüsusiyyətləri

Böyüklərdə qəbizlik həkimə ən az halda müraciət olunan problemlərdən biridir. Səbəb bağırsağın boşalmasının ləngiməsinə təhlükəsiz hal kimi münasibət göstərmək, "bunun özü keçəcəyini" gözləmə vərdişi və bu məsələ barədə danışmaqdan utanmaqdır. Lakin, hər halda inkişaf etmiş ölkələrin bütün əmək qabiliyyətli əhalisinin 30%-dən 50%-ə qədəri qəbizlikdən əziyyət çəkir və 60 yaşdan yuxarı insanlarda bağırsağın boşalması ilə bağlı problemlər 60% hallarda qeyd edilir.

Böyüklərdə qəbizliyin səbəbi nə ola bilər?

Qəbizlik defekasiya aktları arasında intervalın artması və / və ya defekasiyanın çətin olması ilə səciyyələnən bağırsaq patologiyalarına aiddir. Qəbizlik epizodik və ya xroniki xarakter daşıya bilər ki, bu da müxtəlif səbəblərlə şərtləndirilib.

Epizodik qəbizliklər. Onlara müəyyən şəraitin təsiri altında yaranan və uzun müddət davam etməyən bağırsaq boşalması ləngimələri aiddir. Bir qayda olaraq, belə qəbizliklər onları yaradan səbəblərin aradan qaldırması iə birlikdə keçir və xüsusi müalicə tələb etmir. Bağırsağın boşalmasının epizodik ləngimələrinə aşağıdakı amillər səbəb ola bilər:

  • Adət edilmiş mühitin dəyişməsi. Turizm səfəri, ezamiyyət, stasionar və ya sanatoriya-kurort müalicəsində olma və buna bənzər belə şərait böyüklərdə qəbizliyə səbəbi ola bilər ki, bu da adət edilməmiş mühitlə və təbii ehtiyacların ödənməsi üçün rahat şəraitin olmaması ilə bağlıdır.
  • Hamiləlik. Erkən müddətlərdə hormonal fonun dəyişməsi bağırsaqların fəallığını aşağı salır, hamiləliyin 16-20 həftəsindən sonra böyüyən uşaqlığın təzyiq göstərməsi kiçik çanaq nahiyəsində durğunluğa və düz bağırsağın həssaslığının bir qədər azalmasına səbəb olur. Bu səbəblərdən hamilə qadınları tez-tez qəbizlik narahat edir.
  • Qidalanma rejiminin dəyişməsi. Böyüklərdə qəbizliyin "ənənəvi" səbəbindən – sellüloz çatışmazlığı və heyvan mənşəli məhsulların həddinən artıq miqdarı səbəbindən başqa, rasionun dəyişməsi bağırsağın boşalmasının ləngiməsinə səbəb ola bilər. Məsələn, səyahət zamanı istifadə olunan ekzotik yeməklər, adət edilmiş menyuya qayıtdıqda müstəqil keçən epizodik qəbizliyə səbəb ola bilər.
  • Psixoloji amillər. Streslər, xroniki yorğunluq, həddinən artıq emosional gərginlik, depressiya əsəb sisteminə zərər verən hallardır. Nəzərə alsaq ki, nəcis kütlələrinin bağırsaqlardan keçməsi və boşalmaya çağırışlar mərkəzi əsəb sistemi tərəfindən dəstəklənir, təəccüblü deyil ki, onun qeyri-sağlam vəziyyəti bağırsaq boşalmasının müntəzəmliyinə təsir edir və bu zaman insan qəbizlikdən əziyyət çəkməyə başlayır.
  • Dərman preparatlarının qəbulu. Qəbizliklar bir çox dərmanların qəbulunun yan təsirlərindən biridir. Bağırsağın boşalmasının belə ləngiməsinin fərqləndirici xüsusiyyəti odur ki, patologiya müalicə kursunun başlanğıcında inkişaf edir və onun sonunda müstəqil şəkildə keçir (düzgün qidalanma və fəal həyat tərzinin əsaslarına riayət etmə şərti ilə).

Böyüklərdə xroniki qəbizlik. Bağırsaqların funksiyalarının bu növ pozulmaları, bir qayda olaraq, sistem xəstəlikləri fonunda inkişaf edir, həmçinin qeyri-sağlam həyat tərzinin nəticəsi ola bilər. Qəbizlikdən daim əziyyət çəkən zaman nə etmək lazım olması, qəbizliyə nəyin səbəb olmasından asılıdır. Xroniki qəbizlik əksər hallarda aşağıdakı səbəblər üzündən meydana gəlir.

  • Bağırsaqlarda mexaniki maneələr. Şiş xəstəlikləri (xoşxassəli və bədxassəli), poliplər, anadangəlmə qüsurlar (məsələn, bağırsaq divarlarının "qırçınlı" olması) və başqa törəmələr nəcis kütlələrini müəyyən sahədə saxlayaraq, onların irəliləməsi prosesini pozur. Bu, tıxacların və nəcis yığımlarının yaranmasına səbəb olur, buna görə də hər hansı görünən səbəblər olmadan daimi qəbizlik insana əziyyət verir və narahat edir.
  • Dərmanların uzunmüddətli qəbulu. Antibiotiklərlə, spazmolitiklərlə, antidepressantlarla və başqa qruplardan olan preparatlarla uzunmüddətli müalicə kursu zamanı bağırsaqların tonusunun və motorikasının zəifləməsi, mikroflora və başqa pozuntuların disbalansı inkişaf edə bilər ki, bu da böyüklərdə xroniki qəbizliyə səbəb olur.
  • Hipodinamiya. Az hərəkətli və / və ya oturaq həyat tərzi kiçik çanaq nahiyəsində durğunluq hallarının səbəbidir ki, bu bağırsaqların qan təchizatında və innervasiyasına təsir edir və bunun nəticəsi kimi, onun motorikasının pisləşməsinə və düz bağırsağın həssaslığının azalmasına səbəb olur.

Daimi qəbizlik böyük insana daim əzab verir və narahat edirsə nə etməli?

Böyük insanda qəbizlik problemini həll etməzdən əvvəl, bağırsaqların işinin pozulmasının səbəbini aşkar etmək lazımdır. Əgər bağırsağın boşalması ləngiyirsə, defekasiya çətindirsə, bağırsaqlar tam təmizlənmirsə və qəbizliyin başqa simptomları bir neçə həftə ərzində və daha çox müşahidə olunursa, qəbizliyin səbəbinin müəyyən edilməsi məqsədi ilə diaqnostik prosedurlar təyin edəcək həkimə müraciət etmək lazımdır.

Əgər bağırsaqların boşalmasının "daimi" ləngiməsi anlamı altında səfər şəraitində və ya ümumi naxoşluq zamanı bağırsaq boşalmasına çağırışların olmaması nəzərdə tutulursa, diqqət yetirmək lazımdır ki, bu vəziyyət bir neçə gündən çox davam etməsin. Bu məqsədlə qəbizliyi aradan qaldırmağa və bağırsaqların yüngül və ağrısız boşalmasına kömək edəcək təhlükəsiz işlətmə vasitələrindən istifadə etmək lazımdır.

MİKROLAKS® preparatının köməyi ilə qəbizlik simptomlarının aradan qaldırılması

МИКРОЛАКС® mikroimaləsi böyüklərdə qəbizliyin tez bir zamanda aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. Preparatın bilavasitə bağırsağın təmizlənməsini çətinləşdirən sıx nəcis kütlələrinə təsir göstərməsi və bağırsaqların yuxarı bölmələrinə daxil olmaması sayəsində, o qəbizlikdən əziyyət çəkən bütün kateqoriyalardan insanlar tərəfindən istifadə oluna bilər (həmçinin hamilə və əmizdirən qadınların, o cümlədən uşaqların həyatının birinci günlərindən onların müalicəsi üçün).

MİKROLAKS® mikroimaləsindən istifadə etmək rahat və gigiyenikdir. Bir mikroimalə yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub, rahat ucluq isə bu manipulyasiyanı sadələşdirir. Ən uyğun olmayan anda "işləyə" bilən peroral tətbiq üçün işlətmə vasitələrindən fərqli olaraq, MİKROLAKS® mikroimaləsinin təsiri yüksək dəqiqliklə proqnozlaşdırılır: nəcis kütlələrini yumşaldaraq, preparat istifadədən artıq 5-15 dəqiqədən sonra bağırsaqların yüngül təmizlənməsinə imkan yaradır.