Skip to main content

Search

Search

Mikrolaks® preparatının peroral işlətmə vasitələrlə müqayisəsi

Buraxılış forması

MİKROLAKS®:

Mikroimalə – içində məhlul olan kiçik tübik.

Peroral vasitələr:

Peroral preparatlar: həblər, damcılar, saşe, siroplar.

Təsir prinsipi

MİKROLAKS®:

Preparatın təsiri peptizasiya (qatı nəcis kütlələrinin durulaşdırılması) prosesinə əsaslanır, bu bağırsaqların boşalmasına imkan yaradan fizioloji metoddur. Bunun sayəsində yüksək təhlükəsizlik profilinə malik işlətmə vasitəsi Mikrolaks® qəbizlik zamanı sürətli və yumşaq effekt göstərir. Bu işlətmə vasitələrinin təsiri fiziolojidir, buna görə bir çox preparatları uşaqlarda və hamilə qadınlarda qəbizlik zamanı tətbiq etmək olar.

Peroral vasitə:

Preparatın növündən və onun tərkibinin asılı olaraq hər şeydən əvvəl bağırsaqlara təsir edir. Belə işlətmə vasitələrinin təsir mexanizmi bir qayda olaraq, bağırsaqların peristaltikasına reflektorlu təsirlə– selikli qişanın reseptorlarının qıcıqlanması və / və ya tərkibin həcminin artırılmasıyla bağlıdır. Qəbul edilmiş preparat nəcis toplanan yerə düşmək üçün, mədə və bağırsaqlar vasitəsilə uzun yol keçir. Bundan başqa, belə təsir "tənbəl bağırsaq" sindromunun formalaşması riskini artıra bilər.

Təsir sürəti

MİKROLAKS®:

5 – 15 dəqiqə

Mikrolaks® bilavasitə düz bağırsaqda nəcis kütlələrinə təsir edir. Preparat artıq 5-15 dəqiqə sonra təsir etməyə başlayır.

Peroral vasitələr:

6 – 48 saat (daha çox ola bilər)

Vasitənin təsir etməsi üçün çox vaxt keçməlidir. Bunun səbəbi odur ki, preparatın aktiv komponentləri uşaq və böyükdə qəbizlik yerinə düşməzdən əvvəl mədə və bağırsaqlardan keçməlidir.

İstifadə üsulu

MİKROLAKS®:

Mikrolaks® rektal daxil edilir və bağırsaqların boşalmasının asanlaşmasına imkan yaradır. Rahat forma tübiyin tərkibini düz bağırsağa asanlıqla daxil etməyə imkan verir və burada aktiv maddə (natrium sitratı) peptizasiya, nəcis kütlələrinin durulaşması və yumşalması prosesinə başlayır ki, bu da bağırsaqların alt bölmələrinin sürətli və yumşaq azad olmasına səbəb olur.

Peroral vasitələr:

Qəbul peroral həyata keçirilir. Belə preparatların balaca uşaqlara və ya yaşlı insanlar tərəfindən qəbul edilməsi həmişə rahat deyil.

Uşaqlar üçün tətbiq

MİKROLAKS®:

Yaş üzrə məhdudiyyətlər yoxdur.

Peroral vasitələr:

Uşaqlara peroral işlətmə vasitələrini ehtiyatla vermək lazımdır, bundan başqa preparatlardan bir çoxunun yaş məhdudiyyətləri var.

Hamilə qadınlar üçün tətbiq

MİKROLAKS®:

Mikrolaks® preparatının hamilə qadınlara təsiri haqqında xüsusi tədqiqatlar keçirilməyib, lakin güman edilir ki, onun orqanizmə təsiri minimumdur. Mikrolaks® preparatını həkimin təlimatlarına uyğun olaraq qəbul etdiyinizdə döl üçün və ya əmizdirmə zamanı arzuolunmaz effektlər gözlənilmir.

Peroral vasitələr:

Belə preparatların əksəriyyətini hamiləlik zamanı ehtiyatla və yalnız həkimin tövsiyəsinə əsasən qəbul etmək lazımdır.