Skip to main content

MİKROLAKS® MİKRO İMALƏSİ - qəbizlik zamanı vasitə!

MİKROLAKS® — yüksək təhlükəsizlik profilinə malik mikro imalədə işlətmə vasitəsi. Hər bir mikro imalə qatı maye şəklində olan 5 ml preparatdan ibarətdir. Təsirini 15 dəqiqədən sonra göstərməyə başlayır.1

Qəbizliyin yumşaq şəkildə və 15 dəqiqə ərzində aradan qaldırılmasına kömək edir!1

Qəbizlik — defekasiya aktları arasındakı intervalların artmasıyla, defekasiya aktının çətinləşməsiylə, yüksək sıxlıqlı nəcisin az miqdarda ifraz olunmasıyla, natamam ifraz olunma hissiylə təzahür olunan bağırsağın funksiyasının pozulmasıdır.

Qəbizliyin əsas səbəbləri:

  • Liflərlə zəngin olan məhsulların rasiondan azalması. Kifayət qədər maye qəbul etməmə.
  • Fiziki aktivliyin aşağı düşməsi. Stresslər.
  • Uşaqlarda MBT-nin yetişməməsi.
  • Qadınlarda hormonal və fizioloji dəyişikliklər (o cümlədən hamiləlik zamanı).
  • Xroniki xəstəliklər. Qəbizliyə səbəb olan dərman vasitələrinin qəbulu.

Qəbizlik istehlakçıların həyat keyfiyyətinə mənfi təsir göstərir.2 Qəbizlik — əhalinin bütün kateqoriyaları üçün aktual problemdir.3, 4, 5 Əhalinin yuxarı yaşlı hissəsinin 43%-i qəbizlik problemi ilə qarşılaşır!6

Buna görə də böyüklərdə və uşaqlarda qəbizlik probleminin təhlükəsiz həllinin axtarışı həmişə aktual olaraq qalmaqdadır. MİKROLAKS® — stulun gecikməsinin hər bir epizodunda, eləcə də xroniki qəbizlik zamanı terapiyaya optimal başlanğıcdır.

Tərkibi və təsir mexanizmi

Mikrolaks müxtəlif yaşda olan pasiyentlərin istifadəsi nəticəsində öz effektivliyini sübut etmişdir 7

  • NATRİUM SİTRAT — qatı nəcis kütləsində molekullararası əlaqələri dağıdır
  • NATRİUM LAURİLSULFOASETAT — kütlələrin bir-birinə yapışmasına imkan vermir
  • SORBİTOL — nəcisin yumşalması və xaric olması üçün düz bağırsaq mənfəzində kifayət qədər su saxlamağa imkan yaradır

Preparatın üstünlükləri

MİKROLAKS® artıq 15 dəqiqədən sonra qəbizlikdən yumşaq şəkildə qurtulmağı təmin edir.1 Bir mikro imalə — sızma, alt və ya üst paltarda ləkə qoymadan bağırsağın bir boşalması deməkdir. Preparatın rahat mikro imalə forması vardır, imalənin ölçüsü sayəsində preparat yumşaqcasına daxil edilir.

MİKROLAKS® — birdəfəlik istifadə üçün nəzərdə tutulmuş mikro imalə formasında olan və böyüklər və uşaqlarda qəbizliyə qarşı yüksək təhlükəsizlik profilinə malik vasitədir. Onun əsas üstünlüyü gigiyenikliyi və istifadədə rahatlığıdır.

Gigiyeniklik. Mikro imalə bir dəfəyə daxil edilən və lazımi miqdarda olan işlədici vasitədən ibarətdir. Adi imalədən fərqli olarq, MİKROLAKS® mikro imalələrini əvvəlcədən antiseptik emal etməyə ehtiyac yoxdur və onlar istifadəyə tamamilə hazırdır.

Təsir müddəti. MİKROLAKS® mikro imaləsi öz təsirini 15 dəqiqədən sonra göstərməyə başlayır1: qatı nəcis kütlələrini yumşaldaraq onların xaric edir və bağırsağın yumşaqcasına boşalmasını təmin edir.

Təhlükəsizlik profili. Yerli təsirə malik işlədici preparat olan MİKROLAKS® birbaşa olaraq düz bağırsaqda toplanmış qatı nəcis kütlələrinə təsir edir və ondan yuxarıda yerləşən həzm sistemi orqanlarına təsir göstərmir. Həyatının ilk günlərindən etibarən körpələr üçün uyğundur. Mikro imalədən hamiləlik (bütün trimestrlərdə) və əmizdirmə zamanı da istifadə etmək yolveriləndir.

Rahatlıq. Bu vasitədən istifadə zamanı fərdi dozanın seçiminə ehtiyac yoxdur: tübikin içində işlədici təsirin göstərilməsi üçün optimal miqdarda (5 ml) preparat vardır. Böyüklər istifadə edərkən ucluğu imalənin bütün uzunluğu boyunca, uşaqlar isə yarısınadək taxmalıdır. MİKROLAKS® imaləsi 3 yaşadək uşaqlara tətbiqini asanlaşdırmaq üçün applikatorun üzərinə düz bağırsağa lazımi yeridilmə dərinliyinə müvafiq olaraq işarə çəkilmişdir.

MİKROLAKS® (MICROLAX®) tibbi dərman vasitəsinin istifadəsi üzrə TƏLİMAT

1 Preparatın tibbi istifadəsi üzrə təlimatına əsasən 5-20 dəqiqədən sonra öz təsirini göstərir.

2 Yohanson C. və digərləri Alimentar farmakologiya və terapiya. 2007; 25: 599-608.

3 U&A hesabatı, 2016. 0-4 yaş arası uşaqları olan ailələrdə problemin penetrasiyası.

4 Bredli və digərləri. Hamilə qadınlarda qəbizliklər: yayılması, simptomları və risk amilləri. Mamalıq və ginekologiya. 2008; 110 (6): 1351-7.

5 Kamm və digərləri. Qəbizliklər. Petersfild, Bristol, ABŞ 1994.

6 Əhalinin 16 yaşdan yuxarı olan hissəsinin 43%-i xroniki və epizodik qəbizlikdən əziyyət çəkir. DHC Cross Need States Study Russia. Landscape report, oktyabr 2015.

İSTİFADƏSİNƏ DAİR TİBBİ ƏKS-GÖSTƏRİŞLƏR VƏ ƏLAVƏ TƏSİRLƏRİ VARDIR. İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL HƏKİMLƏ MƏSLƏHƏTLƏŞMƏK VƏ İSTİFADƏ TƏLİMATIYLA TANIŞ OLMAQ LAZIMDIR.