Skip to main content

Search

Search

Əmizdirmə zamanı qəbizlik

Bir çox qadınlar bilir ki, hamiləlik zamanı qəbizlik tamamilə təbii haldır və hesab edirlər ki, körpə doğulandan sonra bu problem öz-özünə keçəcək. Amma, təəssüf ki, həmişə belə olmur.

Ananın vəziyyəti uşağa birbaşa təsir edir. Qadın orqanizmində hormonal və anatomik dəyişikliklər, psixoloji yüklənmə – bütün bunlar nəcis ifrazatının ləngiməsinə və laktasiya (fəal süd yaranma və əmizdirmə dövrü) zamanı qəbizliyə səbəb ola bilər. Yeni doğulmuş uşaqda qeyri-müntəzəm nəcis ifrazatı valideynləri ciddi narahat edə bilər. Əmizdirmə zamanı qəbizliyin nə üçün yaranması və həm anaya, həm körpəyə zərər vermədən ondan necə qurtulmanı aydınlaşdıraq.

Əmizdirmə (laktasiya) zamanı qəbizliyi necə müəyyən etməli

Əmizdirən anada. Əmizdirmə zamanı aşağıdakı əlamətlər qəbizlik əlaməti ola bilərlər:

  • defekasiya (həftədə 3 dəfədən az) tezliyinin azaldılması;
  • quru, bərk, seqmentləşmiş nəcis;
  • nəcisin (40 qramdan az) miqdarının azaldılması;
  • bağırsaqların tam boşalmaması hissi;
  • defekasiya prosesində müntəzəm uzun gücvermə.

Bundan başqa, əmizdirən anada qəbizlik dövrü aşağıdakı simptomlarla müşayiət olunur:

  • qarın şişməsi (meteorizm);
  • qazların pis çıxması;
  • qarında ağırlıq hissi;
  • bağırsaq nahiyəsində ağrılar və s.

Eyni zamanda bilmək vacibdir ki, hər bir insanda bağırsaqların boşalması rejimi fərdidir. Və əgər seyrək defekasiya qadın üçün normaldırsa və o heç bir diskomfort hiss etmirsə, bu zaman narahatlıq üçün səbəb yoxdur.

Körpədə. Həyatın birinci bir neçə həftəsi əmizdirilən uşaqlar gündə 4 dəfədən çox (çox vaxt təxminən 10 dəfə) bayıra gedir. Beləliklə demək olar ki, yeni doğulmuş uşaqlarda defekasiya sayı yediyi sayda ola bilər. Bir qayda olaraq, süni qidalandırmada olan uşaqlarda bu rəqəm bir qədər azdır. 4 aylıq südəmər körpələr bayıra artıq daha az, adətən gündə 2–3 dəfə gedirlər. 6 aydan sonra gündə 1-2 dəfə norma hesab edilir. Təzə doğulmuş uşaqlarda nəcis maye və ya yumşaq konsistensiyası və sarımtıl-qəhvəyi rəngi ilə fərqlənir. Valideynlər aşağıdakı əlamətlərin yaranması zamanı körpədə qəbizlikdən şübhələnə bilərlər:

  • defekasiyanın normal tezliyi kəskin pozulur (uşaq bayıra gündə 1 dəfədən az gedir);
  • nəcis bərk olur;
  • defekasiya körpədə rahatsızlığa səbəb olur (çağırışların yaxınlaşması zamanı və ya bilavasitə bağırsaqların boşalması prosesində körpə rahatsız olur və ya ağlamağa başlayır, narahat olur).

Tez-tez körpədə qarın şişməsi müşahidə olunur. Bu zaman uşağın qarnı toplanan qazlara görə dəyirmi və bərk olur, o ayaqlarını qarnına sıxır və ya ayaqlarını tərpədir, rahatsız olur, ağlamağa başlaya bilər.

Yadda saxlayın ki, aşkar edilmiş əlamətlərə əsasən özünüzə və ya uşağa müstəqil diaqnoz qoymaq lazım deyil. Həkimlə məsləhətləşmək tövsiyə edilir.

Əmizdirmə (laktasiya) zamanı qəbizliyin səbəbləri

Əmizdirən anada. Əmizdirmə (laktasiya) zamanı qəbizliyin əsas səbəbi, hamiləlik dövründəki səbəblə eynidir: uşaqlığın böyüməsinə görə kiçik çanaq orqanları (və hər şeydən əvvəl bağırsaqlar) yerini dəyişirlər ki, bu da onların işinə təsir edir. Doğuşdan sonra normal yerləşmə bərpa olunur, lakin heç də birdən-birə deyil. Bundan başqa, bu dövrdə proqesteron hormonu istehsalı davam edir ki, bu da bağırsaqlara yumşaldıcı təsir edir. Bu onun peristaltikasının (yığılmasının) pisləşməsinə imkan yaradır və bu əmizdirən anada qəbizliyə səbəb ola bilər. Bu səbəblərdən başqa aşağıdakılar naxoşluğun yaranmasına meyl yaradırlar:

  • fiziki fəallıq çatışmazlığı;
  • rasionda (bir çox əmizdirən qadınlar tərəvəz və meyvələr yemir) qida liflərinin çatışmazlığı;
  • doğuşdan sonra yaranan, defekasiya zamanı xoşagəlməz hislərə və çağırışların saxlanmasına səbəb olan kiçik babasil düyünləri;
  • müxtəlif xəstəliklərin mövcudluğu (iltihabi proseslər, metabolizmin pozulması, endokrin nasazlıqlar və başqaları);
  • bəzi dərmanların qəbulu (məsələn, tərkibində dəmir olan preparatlar).

Körpədə. Təbii üsulla qidalanan uşaqlarda qəbizlik əksər hallarda aşağıdakı amillər səbəbindən yaranır:

  • əmizdirən ananın yanlış qidalanması (bərkidici təsirə malik çörək-bulka məmulatları, ət, düyü, qara çay, qəhvə, fındıq və başqa məhsulların rasionda çox olması);
  • uşağın qidalanmasında kəskin dəyişikliklər (bağırsağın işinin pozulması ana südündən süni qarışığa keçməsi ve ya əlavə (bərk) qidanın erkən, 6 aya qədər, daxil edilməsi ilə əlaqədar ola bilər);
  • maye çatışmazlığı (ana südünün çatışmazlığı, necə deyərlər, "ac qəbizliyə", su çatışmazlığı isə peristaltikanın pozulmasl və nəcis külələrinin bərkiməsinə səbəb ola bilər).

Əmizidirmə zamanı qəbizliyin müalicəsi

Əmizdirən anada qəbizliyin müalicəsi kompleks olmalıdır, buna görə qadının həyat tərzinin və qidalanmasının dəyişməsinə xüsusi diqqət yetirmək lazımdır. Ümumi tövsiyələrə daha çox hərəkət etmək və fiziki məşğələlər etmək, menyuya əhəmiyyətli miqdarda təzə tərəvəzlər və meyvələr daxil etmək və daha az zülallı və piyli qida istifadə etmək daxildir. Bu halda əmizdirən anada və körpədə qəbizliyin daha sürətli dəf edilməsi ehtimalı yüksəkdir.

İlk yarımillikdə uşaqda belə naxoşluqlar qida allergiyası ilə bağlı ola bilər, buna görə südü, balığı və fındığı rasiondan çıxarmaq daha yaxşı olar. Bundan başqa, rasiondan aşağıdakı məhsulları çıxarmaq lazımdır:

  • tanin tərkibli (təbii qəhvə, tünd qara və yaşıl çay, nar şirəsi, qış armudu, heyva);
  • yoğun bağırsağın işini ləngidən (düyü, kisel, kakao);
  • bağırsaqların qıcıqlanmasına səbəb olan (turp, soğan, qırmızı turp, sarımsaq);
  • qaz yaranmasını artıran (kələm, paxla, noxud, qara çörək);
  • tərkibində böyük miqdarda heyvan piyi olan;
  • qəbizliyə səbəb olan (un məmulatları, ağ çörək, makaron, suxarılar).

Əmizdirən qadının rasionunda aşağıdakılar olmalıdır:

  • turş süd məhsulları (qatıq, təbii kefir);
  • tərkibində çoxlu sellüloz olan qida (tərəvəzlər, meyvələr, yarmalar, kobud üyüdülmüş undan çörək);
  • sulu şorbalar;
  • yağsız ət;
  • bitki yağları.

Qəbizlik zamanı əmizdirən ana içmə rejiminə riayət etməlidir. Su, çay, kompot, itburnu həlimi, su ilə qarışdırılmış şirələr, kasni içmək olar. Ana və uşaq təmiz havada çox olmalıdır. Və, əlbəttə, imkan daxilində streslərdən uzaq durmaq və az əsəbiləşmək lazımdır. Beləliklə əmizdirən anada və körpədə qəbizliyin müalicəsi daha sürətli müsbət nəticə verəcək.

Əmizdirmə (laktasiya) zamanı işlətmə vasitəsi

Əgər ana özündə qəbizlik əlamətləri aşkar edirsə və ya onları öz yeni doğulmuş uşağında görürsə, həkimə müraciət etmək tövsiyə edilir. Yalnız həkim pozulmanın səbəblərini doğru müəyyən edə və əmizdirmə zamanı qəbizliyin müalicəsi taktikasını hazırlaya bilər. Lakin bu heç də xoşagəlməz hisslərə dözmək lazım olduğunu tələb etmir! Xoşbəxtlikdən, qəbizliyin əlamətlərindən tez qurtulmağa kömək edən müasir vasitələr mövcuddur. Sizə mikroimalə formatında işlətmə vasitəsi olan MİKROLAKS® təqdim edirik.

  • Tez təsir edən işlətmə vasitəsi MİKROLAKS® yerli təsirə malik olduğundan 5-15 dəqiqə* ərzində qəbizlik əlamətlərindən qurtulmağa kömək edir (vasitə həzm yolu vasitəsilə keçmir);
  • yuxarı həzm orqanlarına təsir etmədən, bilavasitə nəcis kütlələrinə təsir edir;
  • MİKROLAKS® laktasiya zamanı işlətmə vasitəsi kimi istifadə edilməklə yanaşı, həmçinin yeni doğulan uşaqlar və hamilə qadınlar tərəfindən qəbul edilə bilər.

İşlətmə vasitəsinin qəbulundan əvvəl, MİKROLAKS® preparatının tətbiqi üzrə təlimatla tanış olun.

*MİKROLAKS® preparatının tətbiqi üzrə təlimata əsasən.