Skip to main content

Search

Search

Əmizdirən ananın balanslaşdırılmış qidalanması

Düzgün qidalanma əmizdirən analara uşağın səhhəti və əhvalına qayğı göstərməyə və doğuşdan sonra daha sürətli bərpa olmağa və bir çox qadınların rastlaşdığı yayılmış problemlərin qarşısını almağa kömək edir.

Qidalanma müxtəlif və tamdəyərli olmalıdır

Əmizdirmə ilə əlaqədar yayılmış miflərdən biri qadın tərəfindən ciddi pəhrizə riayət olunma zərurətidir. Yaxın zamanlarda, hamilə olarkən, o dadlı və faydalı yeməklərdən imtina etmirdi, indi isə həkimlərin, qohumların və ya rəfiqələrin məsləhətinə görə, o uşağa zərər verə biləcəyi qorxusundan hər məhsulu yemir. Çox vaxt belə dövr gənc ana üçün qanazlığı, qəbizliyin inkişafına və hətta psixoloji diskomforta səbəb olaraq kifayət qədər uzun müddət davam edir.

Lakin pəhriz tərəfdarlarının daim bəhs etdiyi qida allergiyası təkcə ananın qidalanması ilə bağlı deyil, həm də irsiliklə və uşağı əmizdirmə xarakteri ilə bağlıdır. Buna görə bir çox qadınlara çox ciddi qaydalara riayət etmək mütləq deyil.

Əmizdirmə zamanı qadının rasionu əvvəlkindən praktik olaraq fərqlənməyə bilər. Hamiləlik, doğuş və əmizdirmə təbii fizioloji proseslərdir, onların uğurlu olması həmişə pəhrizə riayət etməkdən asılı deyil. Əgər hal-hazırda qidalanma haqqında danışırıqsa, demək məhdudiyyətlər haqqında deyil, tövsiyələr haqqında danışmaq lazımdır. Şübhəsiz ki, qidalanma müxtəlif, dəyərli və maksimal dərəcədə təbii olmalıdır. Lakin, bu yalnız əmizdirmə dövrünə deyil, həm də hamiləlik dövrünə aiddir.

Rasiona nəyi mütləq daxil etmək lazımdır?

Yağsız ət, yumurta, balıq, süd məhsulları, müxtəlif sıyıqlar, düyü, qarabaşaq, kartof, gül kələmi, çörək, pendir, göyərti, meyvə və giləmeyvələr, müsli, şirələrdən istifadə edin. Bu zaman süd və süd məhsullarını termik emal etmək lazımdır. Üzlü inək südünü turş süd məhsulları ilə növbələmək tövsiyə edilir. Əmizdirən qadının rasionunda qida liflərinin yetərli miqdarda olması çox əhəmiyyətlidir. Onlar əmizdirən anada qəbizlik kimi doğuşdansonrakı dövrün belə probleminin qarşısını alaraq, bağırsaqların peristaltikasını stimullaşdırırlar. Əgər belə problemin həll olunmasına nail olunmazsa, laktasiya zamanı istifadəsinə icazə verilən MЭKROLAKS®.* vasitəsindən istifadə etmək olar*. Mikroimalə yumşaq təsir edir və artıq 5-15 dəqiqə sonra siz yüngüllük hiss edəcəksiniz.

Əmizdirən analara uzun müddət südün dad və qoxusunu guya kəskin dəyişdirən məhsulları öz rasionundan çıxarmaq tövsiyə edilirdi. Bura kəskin qoxulu ədviyyatlar, soğan və sarımsaq, turp, kərəviz və s. aid edilirdi. Amma təcrübə göstərdi ki, bu uydurmadır. Onlar, əlbəttə, südün dad və qoxusuna təsir edə bilər, lakin uşağın iştahasına və əmizdirmə sıxlığına təsir edə bilməz.

Daha bir mif: bir sıra ərzaq uşaqda bağırsaq sancılarının yaranmasına, qarının şişməsinə və bağırsağın işinin pozulmasına səbəb ola bilər. Onlara ənənəvi olaraq kələm, paxla, tünd çay, kakao, süd, qaymaq, qara çörək, xiyar, ədviyyatlar, qazlı içkilər, üzüm aid edilir. Əslində, ananın rasionu və süd tərkibi arasında bilavasitə əlaqə yoxdur. Süd mədənin içindəkilərindən deyil, qan və limfanın komponentlərindən sintezləşdirilir. Uşaqda sancılar isə tez-tez rast gəlinən hadisədir və nadir hallarda onların qarşısını almağa müvəffəq olunur.

Əlbəttə, hər bir "ana-uşaq" cütlüyü fərdidir. Əgər siz hər hansı məhsuldan istifadə zamanı uşağın mənfi reaksiyasını müşahidə etdinizsə (yüksək qaz əmələ gəlməsi, narahat yuxu və s.), onu rasiondan çıxarmaq yaxşı olar.

Yetərli miqdarda maye qəbul edin

Çox maye qəbul etməyə çalışın. Bu, xüsusi olaraq laktasiyanı artırmaq istəyən analara aiddir. Çay, mors, kompot və ya adi içməli sudan istifadə edin. Uşaq orqanizminin reaksiyasını müşahidə edərək, tədricən yeni içkilərdən istifadə edin. Əgər dəyişikliklər müşahidə olunmursa, bu zaman həcmləri artıra və onları öz rasionunuzda gündəlik istifadə edə bilərsiniz. Bir gün ərzində 8-10 stəkan maye içmək tövsiyə edilir, istəkdən asılı olaraq bu miqdarı artırmaq olar. Bundan başqa, bu doğuşdan sonra ilk aylarda qadınların əksəriyyətinin əziyyət çəkdiyi qəbizliyin qarşısını alaraq, bağırsaqların işinə yaxşı təsir edir.

Əgər uşaq allergikdirsə nə etmək lazımdır

Əgər valideynlərdən birində allergiyanın təzahürləri varsa, o zaman müəyyən pəhrizə riayət etmək lazım olacaq. Bu halda uşaqda diatezə meyllik mümkündür ki, bu da artıq həyatın birinci ayları ərzində görünə bilər. Bir qayda olaraq, bu halda ananın rasionundan aşağıdakı məhsullar çıxarılır: inək südü, fındıq, qəhvə, kakao, şokolad, çiyələk, moruq, sitruslar, şirin məhsullar, toyuq, donuz əti, balıq, yumurta və s. Bəzi hallarda bu siyahı daha uzun və ya, əksinə, daha qısa ola bilər. Bir müddətdən sonra məhsullar ayrılıqda qidaya daxil edilir. Bu halda bütün ehtiyat tədbirlərinə riayət edilir və körpənin vəziyyətinə müşahidə edilir. Əgər onda allergik reaksiya yaranırsa, məhsulu 1 ay müddətinə qidadan çıxarmaq, sonra isə yenidən cəhd etmək lazımdır. Hər hansı məhsullardan tamamilə imtina etməməyə çalışın. Mütəxəssislər hesab edirlər ki, döş südü vasitəsilə allergenlərin tədricən daxil edilməsi gələcəkdə allergiyanın yaranmasının qarşısını almağa imkan verir.

Rasiondan nəyi çıxarmaq lazımdır?

Bir sıra ərzaq mövcuddur ki, onları əmizdirən ananın rasionundan çıxarmaq lazımdır. Onlara konservləşdirmiş, yağlı, hisdə qurudulmuş və qızardılmış məhsullar, həmçinin yarımfabrikatlar aiddir. Hərçənd, bu qayda yalnız laktasiya dövründə deyil, həm də gələcəkdə aktualdır. Bundan başqa, bəzi məhsullar potensial allergendir, buna görə də onlardan ehtiyatla istifadə etmək lazımdır. Onlara aşağıdakılardlr: qatılaşdırılmış süd, şokolad, bal, qazlı içkilər, ərgin pendir, qırmızı giləmeyvələr, sitrus, acı ədviyyatlar və s.

Alkoqollu içkilərin də istifadəsini məhdudlaşdırmaq lazımdır. Məhdud miqdarda onlar laktasiyanı azalda və süd ifrazı refleksini məhv edə bilərlər. Müntəzəm istifadə zamanı isə alkoqol uşağın çəkisinin artmasına, həmçinin onun yuxusuna və motorlu inkişafa neqativ təsiri göstərir. Alkoqollu içkilərdən tamamilə imtina etmək daha yaxşıdır.

Həmçinin ot çaylarına ehtiyatla yanaşın. Yemişan (o ürək fəaliyyəti stimullaşdırır və təzyiqi aşağı salır), xəşəmbül (qan laxtalanmasını pisləşdirir), jenşen (yuxusuzluq, döş ağrısı yarada bilər), çobanyastığı, nanə, sürvə, mayaotu (südün yaranmasını azaldırlar) şişqozaları tərkibli çayları içməməyə çalışın.

* ƏKS GÖSTƏRİŞLƏR VAR, MÜTƏXƏSSİSLƏ MƏSLƏHƏTLƏŞMƏK LAZIMDIR