Skip to main content

Search

Search

1 yaşa qədər uşaqlarda qəbizlik

Uşaq yaşında sağlamlıqla bağlı ən yayılmış problemlərdən biri bağırsaqların boşalmasının pozulmasıdır. Qəbizliyə həm südəmər körpələrdə, həm də böyük yaşlı uşaqlarda rast gəlinir, lakin yeni doğulmuş və bir yaşa qədər uşaqlarda bağırsaq fəaliyyətinin pozulması daha ağır keçir.

Uşağı əmizdirmə zamanı defekasiya ən azı gündə 2 dəfə olmalıdır. Bununla yanaşı normada nəcis sulu olmalı və konsistensiyası xardal sousunu xatırlatmalıdır. Süni qidalanmada olan körpələrin bağırsağı daha az, yəni gündə 1-2 dəfə boşalır. Bu tamamilə normaldır.

Normada defekasiya prosesi necə olmalıdır?

Qida mədədə həzm olunduqdan sonra bağırsaqlardan keçir və orqanizmə su və lazımi qida maddələri verir. Həzmdən sonra yaranmış tullantılar nəcis kütlələri ilə çıxarılır. Bağırsaqların aşağı hissəsinin əzələləri vaxtında yığılır və boşalır ki, bu prosesdə bağırsaqların boşalması baş verir. Düzgün formalaşmış nəcis yumşaq və çıxarılması asan olmalıdır. Əgər bu prosesdə nəsə pozulursa, körpədə qəbizlik yarana bilər.

1 yaşa qədər uşaqlarda qəbizliyın səbəbləri:

  • Əlavə qidanın erkən daxil edilməsi.
  • Əlavə qida tətbiq edildiyi zaman təbii qidalanmada olan uşağın qeyri-qənaətbəxş içmə rejimi.
  • Körpənin səmərəsiz pəhrizi (yağların, zülalların çox olması).
  • Uşaqda raxitin olması.
  • Əmizdirən ananın yanlış qidalanma rasionu.
  • Uşağın süni qidalandırmaya erkən keçirilməsi.
  • Süni qidalandırmada olan körpənin kifayət etməyən içmə rejimi.
  • Uşağı bir quru süddən digərinə keçirmə (bir həftədən az müddət ərzində)

Bir yaşa qədər körpədə qəbizliyi necə təyin etməli?

kak_post_diagnoz.png

Как диагностировать запор у малыша до 1 года
  • Defekasiya aktı bir həftə ərzində 6 dəfədən azdır
  • Nəcisin tezliyi hətta nyaş normasına uyğun olduqda belə, qatı nəcislə ağrılı defekasiya:

- əmizdirdikdə gündə 2-6 dəfə

- süni qidalanmada gündə 1-2 dəfə

 

 

 

 

 

 

 

Qəbizliyin uşaq orqanizminə təsiri

İntoksikasiya

Toksinlərin əksinə sovrulması və bağırsaqlarda çürümə məhsullarının yaranması ilə bağlı uzun müddətli intoksikasiya, orqanizmin zəhərlənməsinə gətirib çıxara bilər.
Duodenoqastral reflüksün (DQR) və qastroezofaqeal reflüksün (QER) inkişafı riski.
Qəbizlik bəzi hallarda DQR (onikibarmaq bağırsağın tərkibinin mədəyə geri atılması) və QER (mədənin retroqrad tərkibinin alt qida borusu sfinkteri vasitəsilə qida borusuna irəliləməsi) inkişafına səbəb ola bilər

kak_post_diagnoz2.png

Боли при запоре у ребенка

Ağrı

Bəzi hallarda bağırsaqların boşalması zamanı körpənin yaşadığı ağrılı hisslər, defekasiyadan əvvəl davamlı qorxunun formalaşmasına səbəb ola bilər ki, bu da problemi yalnız ağırlaşdıracaq.

kak_post_diagnoz3.png

Дисбактериоз
Disbakterioz

Defekasiya prosesinin pozulması, yəni qəbizlik disbakteriozun yaranmasına səbəb ola bilər ki, bu zaman çürümə prosesləri güclənir, bağırsaqların hərəkətedici fəallığı azalır.

 

kak_post_diagnoz4.png

Мегаколон
Meqakolon

Meqakolon – yoğun bağırsağın divarının tam və ya qismən xroniki qalınlaşması və ya genişlənməsidir. Bu xəstəlik meteorizmlə, qarında ağrılarla və xüsusilə erkən uşaq yaşında tez-tez baş verən qəbizliklə səciyyələnir.

kak_post_diagnoz5.png

Энкопрез
Enkoprez

Bu xəstəlik bağırsaqların boşalması prosesinə nəzarət etməyin qeyri-mümkünlüyündə təzahür olunur. Xəstəlik bir sıra hallarda defekasiya aktının pozulmasına (qəbizliyə) görə yaranır.

kak_post_diagnoz6.png

Инвагинация кишечника
Bağırsaqların invaqinasiyası

Xəstəlik bağırsağın bir hissəsinin başqa bağırsağa daxil edilməsi ilə səciyyələnir. İnvaqinasiya tez-tez bağırsaq keçilməzliyinə, həmçinin yerli qan axınının pozulmasına görə yaranır.

 

Körpədə qəbizlik zamanı nə etməli?

Əgər qəbizliyin səbəbi uşağın qidalanmasının dəyişməsi, həmçinin süni qidaya keçməsi idlə əlaqədardırsa, ehtimal edilir ki, sadəcə körpənin orqanizmi yeni qidaya alışmayıb. Bu halda həzm prosesinə və nəcis ifrazatına müsbət təsir göstərəcək quru süd seçmək lazımdır.

Bu məsələ ilə bağlı məsləhət almaq üçün həkim-pediatra müraciət etmək tövsiyə edilir. Bundan başqa, mütəxəssis körpəyə gün ərzində əlavə olaraq bir az su verməyi məsləhət görə bilər. Əgər qəbizlik başqa səbəblərlə bağlıdırsa, həkim terapiya kursu tərtib edəcək və lazım gəldiyində işlətmə preparatları təyin edəcək.

kak_post_diagnoz7.png

MİKROLAKS® uşaqlarda qəbizlik zamanı ilk yardımdır*

MİKROLAKS® mikroimalədə işlətmə vasitədir. Bilavasitə nəcis kütlələrinə təsir edərək, preparat artıq 5-15 dəqiqə sonra körpənin qəbizlik simptomlarından qurtulmasına imkan yaradır.

MİKROLAKS® düz bağırsaqda təsir edir və həzm yolunun yuxarı hissələrinə təsir göstərmir. Preparat praktik olaraq sistem xarakterli əks göstərişlərə və xüsusi əlavə təsirlərə malik deyil.

Preparatın tərkibinə daxil olan natrium sitratı qatı nəcis kütləsində molekullararası əlaqələri dağıdır. İkinci aktiv komponent olan sorbitol düz bağırsaqda nəcisin yumşalması və xaric olması üçün yetərli miqdarda su saxlamağa imkan verir. Laurilsulfoasetat səthi-aktiv maddə rolunda çıxış edir.

* bədii şəkil