Skip to main content

Search

Search

Uşaqlar üçün işlətmə vasitələri

Uşaqlar üçün işlətmə vasitələrindən istifadə etmək zərurəti yalnız qəbizliyin özü ilə deyil, həm də onu müşayiət edən hallarla bağlıdır.

Uşaq, defekasiya ilə bağlı çətinliklər və ya bağırsaqların boşalması zamanı ağrı hiss edərkən, bəzən çağırışları şüurlu olaraq boğmağa başlayır ki, bu da problemi yeni səviyyəyə qaldırır. Bu zaman tez-tez bağırsaqların işinin xroniki pozuntuları, anal çatları, babasil və başqa ağırlaşmalar inkişaf edir, halbuki uşaqlarda zamanında qəbizliyə qarşı dərmandan istifadə edərək bunun qarşısını asanlıqla almaq olardı. Uşağa kömək məqsədilə tətbiq etmək üçün işlətmə vasitələri hansı xüsusiyyətlərə malik olmalıdır?

Uşaqlar üçün işlətmə vasitələrin xüsusiyyətləri

Qəbizliyə işlətmə preparatların effektivliyinə, təhlükəsizlik profilinə və uşaq orqanizminə zərərsiz təsirinə əsas diqqət ayırmaq lazımdır. "Tibb" dilindən tərcümədə bu xarakteristikalar nəyi bildirir?

Effektivlik. Uşaqlar üçün işlətmə vasitələrinin qəbulunun nəticəsi proqnozlaşdırılan olmalıdır. Uşaq bezinin təcili dəyişdirilməsi və ya tualet axtarışı şəklində gözlənilməzliklə işlətməlaşmamaq üçün istifadədən əvvəl preparatın təsir vaxtını və təsir müddətini bilmək lazımdır. Həmçinin uşaq orqanizminin fizioloji xüsusiyyətləri nəzərə almayan qəbizliyə işlətmə dərmanlara güvənmək olmaz.

Təhlükəsizlik profili. Uşaqlar üçün yumşaq işlətmə vasitələri bağırsaqlara maksimal dərəcədə ehtiyatlı təsirlə fərqlənirlər. Buna görə ən kiçik uşaqlarda qəbizliyin müalicəsi zamanı komponentləri qana daxil olmayan (peroral vasitələr kimi) məhz yerli təsiri olan preparatlara üstünlük vermək daha yaxşıdır. Bu sistem dərmanların uşaq orqanizminə verdiyi bir çox arzuolunmaz yan təsirlərdən qaçmağa imkan verir.

Yumşaq təsir. Uşaqlarda tətbiqdən 6-48 saat sonra təsir edən (peroral preparatların əksəriyyəti üçün tipikdir) işlətmə vasitələri bəzən gözləndiyinin əksi olan effektə səbəb olur. Bağırsaqların boşalmasının intensivliyi və ağrılı olması uşağı qorxuda bilər, buna görə də o bağırsaqların növbəti boşalması zamanı çağırışları boğmağa başlayacaq.

Düz bağırsağa daxil edilməklə yerli istifadə üçün yumşaq vasitələr, nəcisin yumşalması sayəsində onun çıxarılmasını asanlaşdırır ki, bu da körpəyə hər hansı xoşagəlməz hiss və psixoloji diskomfort yaşamadan bayıra getməyə imkan verir.

İstifadənin sadəliyi. Uşağın həb içmək xahişinə necə yanaşa biləcəyi və ya bağırsaqlara zərər vurmadan bərkimiş nəcis kütlələrini mexaniki yolla azad etmək üçün körpəyə imalənin həcmini düzgün seçməyin nə qədər çətin olmasını xatırlatmağa ehtiyac yoxdur. Buna görə uşaqlar üçün işlətmə vasitələri dozaya bölmə və istifadənin sadəliyi ilə fərqlənməlidir.

Bütün yuxarıda göstərilən xarakteristikaları özündə birləşdirən vasitə uşaqlarda qəbizliyin müalicəsinin çox gözəl variantıdır. Yalnız bu halda uşaqda qəbizlik problemi ilə mübarizədə etibarlı, rahat və təsirli kömək haqqında danışmaq olar.

Uşaqlarda qəbizliyin müalicəsi

Uşaqlar üçün müalicə zamanı istifadə oluna bilən işlətmə vasitələrinin müxtəlif qrupları mövcuddur. Buraxılış forması hər bir uşağın orqanizminin fərdi xüsusiyyətlərinə uyğun olaraq həkim tərəfindən seçilir.

Həblər, siroplar. Peroral işlətmə vasitələri bir yaşdan yuxarı uşaqlar üçün münasibdir. Bu halda nəzərə almaq lazımdır ki, dərman xoşagəlməz qoxuya və dada malik olmamalıdır, əks halda uşaq onu qəbul etməyəcək. Bundan başqa, bəzi vasitələr ağrı hissləri, ürəkbulanma, qarın nahiyəsində ağrı yarada bilər. Yağlar və bitki əsasında qəbizliyə işlətmə vasitələrdən ehtiyatla istifadə etmək lazımdır.

Təmizləyici imalə. Bu xalq içində yayılmış qəbizliyə işlətmə vasitədir. Uşağın bağırsaqlarına şırınqanın köməyi ilə otaq temperaturunda təmiz su daxil edilir. Bu halda körpəyə ziyan vurmamaq üçün lazımlı həcmdə maye götürmək son dərəcə əhəmiyyətlidir.

Şamlar. Qliserinli şamlar düz bağırsağa qıcıqlandırıcı təsir edir. Körpənin orqanizmi yalnız onların köməyi ilə işləməyə alışmasın deyə, belə vasitələrdən ektremal hallarda istifadə etmək lazımdır. Bu şamlardan istifadə edərkən, valideynlər tez-tez körpənin bağırsaqlarının boşalması zamanı qəbizliyə kömək etməli olan şamın, bağırsağın boşalmasının nəticəsi olması ilə rastlaşırlar. Bu, şamın düz bağırsağın divarlarına stimullaşdırıcı təsiri ilə və uşağın preparatın təsir etməyə başlamasını bir neçə dəqiqə gözləyə bilməməsi ilə əlaqədardır. Çox vaxtı uşaqlar üçün belə işlətmə vasitələri lazımi effekt göstərmədən dəyişməz şəkildə xaric olunur.

МИКРОЛАКС® mikroimalələri. Sürətli təsirə malik bu dərman, həyatın birinci günlərindən başlayaraq uşaqlarda qəbizliyin müalicəsi üçün tətbiq edilə bilər. МИКРОЛАКС® mikroimaləsi istifadədən 5-15 dəqiqə sonra effekt verir. Preparatın təsiredici maddələri sayəsində nəcis kütlələri tez və asan yolla yumşalır və xaric olur. İşlətmə vasitəsinin uşaq orqanizminə nöqtəli təsiri yalnız bərkimiş nəcis kütlələrinə yönəldilmişdir. O bağırsaqların yuxarı bölmələrinə daxil olmur və bu xüsusiyyət MİKROLAKS® preparatını yeni doğulmuş uşaqlarda qəbizliyin müalicəsi üçün tövsiyə edilə bilən yüksək təhlükəsizlik profillli preparatlara aid edir. İşlətmə vasitəsinin buraxılış forması preparatı uşağa ağrısız və sürətli daxil etməyə imkan verən aplikatora malik 5 ml həcmli tübikdir. Tübiyin tərkibi düz bağırsağın divarlarına təzyiq göstərməyən və vaxtından əvvəl defekasiyaya çağırışlara səbəb olmayan qatı mayedir. Preparatın komponentlərinə həssaslıq işlətmə vasitəsinin tətbiqinə əks göstərişdir.

Dərman vasitəsinin reklamı. Tətbiqdən əvvəl təlimatla tanış olmaq və həkimlə məsləhətləşmək lazımdır. RU № UA/15636 / 01/01 01.12.2016, MZO №1299 saylı əmr