Skip to main content

Search

Search

Qəbizlik zamanı uşağın pəhrizi

Yenicə valideyn olmuş şəxslərin rastlaşdığı ən yayılmış problemlərdən biri uşaqda qəbizliyin olmasıdır. Bu naxoşluğun əsas səbəbi körpənin orqanizminin yeni formalaşmasıdır. Həzm sisteminin işi formalaşma mərhələsindədir və onda bəzi nasazlıqlar mümkündür.

Uşaqlarda qəbizliyin səbəbləri

Qəbizlik zamanı uşaqlarda pəhrizin və düzgün qidalanmanın əhəmiyyəti haqqında

Pəhriz qidalanmasının əsas prinsipləri

Uşağa nə yedirmək olar?

Uşağa nə yedirmək olmaz?

İçmə rejimi

Uşağı pəhrizə necə keçirməli?

Qəbizlik zamanı qidalanma necə olmalıdır?

Ümumi tövsiyələr

Yenicə valideyn olmuş şəxslərin rastlaşdığı ən yayılmış problemlərdən biri uşaqda qəbizliyin olmasıdır. Bu naxoşluğun əsas səbəbi körpənin orqanizminin yeni formalaşmasıdır. Həzm sisteminin işi formalaşma mərhələsindədir və onda bəzi nasazlıqlar mümkündür.

Uşaqlarda qəbizliyin səbəbləri

Uşaqlarda qəbizlik zamanı qidalanma çox əhəmiyyətli rol oynayır, buna görə ilk növbədə uşağın rasionuna və qida qəbulu rejiminə düzəliş etmək lazımdır. Lakin problemi yalnız həzm yolunun inkişaf etməməsi ilə əlaqələndirmək düzgün deyil. Qəbizliyin yaranması həmçinin aşağıdakı yayılmış səhvlərlə bağlı ola bilər:

  • əlavə qidaya vaxtından tez başlaçası (6 aydan tez);
  • maye çatışmazlığı;
  • qidalanma rejiminə riayət olunmaması;
  • sellüloz çatışmazlığı və ya zülal və yağın həddən artıq olması;
  • körpənin aşağı fiziki fəallığı və bununla bağlı əzələlərin zəifliyi.

Qəbizlik zamanı uşaqlarda pəhrizin və düzgün qidalanmanın əhəmiyyəti haqqında

Uşaqlarda qəbizlik zamanı qidalanma, gələcəkdə sağlamlıqla bağlı problemlər meydana gəlmədən sağlamlığa və tamdəyərli rasiona qayıtmağa şərait yaradan terapiyanın ayrılmaz hissəsidir. Valideynlər körpənin nə ilə qidalanmasına ciddi nəzarət etməlidirlər, axı bu həzm yolunun işinə birbaşa təsir edir. Qəbizlik zamanı uşaq üçün düzgün seçilmiş pəhriz və menyu nəinki onların yaranmasının qarşısını almağa imkan verəcək, həm də körpənin ümumi əhvalını yaxşılaşdıracaq, həmçinin orqanizmin yağlar, zülallar, karbohidratlar, vitaminlər, mikro və makroelementlərə olan lazımi ehtiyacını təmin edəcəkdir.

Pəhriz qidalanmasının əsas prinsipləri

  • Pəhrizin tərtib edilməsi zamanı uşağın yaşını və bununla bağlı qidalanmanın xüsusiyyətlərini nəzərə almaq lazımdır.
  • Uşaqlarda qəbizlik zamanı bağırsaqların təmizlənməsinə imkan yaradan qida məhsulları çox və peristaltikanı yavaşıdan qida məhsulları mümkün qədər az olmalıdır.
  • İçmə rejiminin rolunu anlamaq son dərəcə əhəmiyyətlidir. Körpə gündə ən azı 2-3 stəkan su, mors və ya kompot içməlidir.
  • Qəbizlik zamanı qidanın kalorililiyinə, uşağın qidalanma rasionunun vitamin-mineral tərkibinə nəzarət etmək lazımdır, həmçinin birgünlük menyuya yetərli miqdarda zülallar, yağlar və karbohidratlar daxil etmək lazımdır.

Uşağa nə yedirməli?

Uşaqlarda qəbizlik zamanı pəhriz yaşa uyğun olaraq təyin olunur. Rasiona hansı məhsulların daxil ediləcəyi məhz bu meyardan asılıdır.

Südəmər körpələr. Əmizdirmə zamanı körpələrdə qəbizlik olarsa ana pəhrizə riayət etməlidir. Menyuya tərəvəz, meyvələr, turş süd məhsulları, yüngül şorbalar, sıyıqlar, yağsız ət və balıq daxil olmalıdır. Həmçinin içmə rejiminə riayət etmək son dərəcə əhəmiyyətlidir. Ümumi tövsiyələr arasında çox hərəkət etmək və gəzmək də vardır.

2 yaşdan 7 yaşa qədər uşaqlar. Bu yaşda qəbizlik zamanı uşaq pəhrizinə salatlar, vineqretlər və başqa tərəvəz yeməkləri daxil olmalıdır. Həmçinin uşağa böyük miqdarda təzə meyvə, qaynadılmış ət və balıq, şəkər və ya bal əlavə edilmiş turş süd məhsulları verilməlidir. İçində mütləq qara gavalı olan, yumşaldılmış quru meyvəli yeməklər tövsiyə edilir. Qəbizlik zamanı sürtkəcdən keçirilmiş alma və kök qarışığı qəbul etmək olar.

7 yaşdan sonra uşaqlar. Məktəblilər yavaş-yavaş böyüklərlə bərabər səviyyədə qidalanmağa başlayırlar, buna görə onların pəhriz menyusuna tərkibində böyük miqdarda sellüloz olan tərəvəz salatları, təzə meyvələr, yağsız balıq və iri lifli ət daxil ola bilər. Uşaqlarda qəbizlik zamanı qidalanmada yatmazdan əvvəl şəkərsiz kefir və ya qatığın içilməsinə icazə verilir. Qəbizlik əleyhinə məhsullara gavalı, çuğundur, qara gavalı, qaysı qurusu, paxla və s. aid etmək olar. Uşaqlarda qəbizlik zamanı düzgün qidalanma çərçivəsində həmçinin qabıqlı dənli bitkilərdən sıyıqlar (buğda, qarabaşaq, yulaf və başqaları) və kobud üyüdülmüş undan çörək faydalı olacaqlar.

Uşağa nə yedirmək olmaz?

Bir çox analar qəbizlik zamanı uşağa nə yedirmək barədə tez-tez düşünürlər. Lakin bundan başqa uşağın qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar böyük əhəmiyyətə malikdir. Qadının yediyi hər şey həmçinin döş südü vasitəsilə körpəyə təsir edə bilər. Bununla əlaqədar olaraq qəbizlik yaradan məhsullardan imtina etmək lazımdır. Həm ananın, həm də uşağın menyusundan bunları çıxarmaq lazımdır:

  • tünd çay, qəhvə, kakao, kisel, üzlü süd;
  • manna və düyü sıyıqları;
  • ağ turp, qırmızı turp, sarımsaq, soğan;
  • yağlı un məmulatları;
  • ağ çörək;
  • makaron məmulatları;
  • piyli və zülallı qida.

Və əlbəttə, uşaqlarda qəbizlik zamanı onların qidalanma rejimindən mütləq tərkibində çoxlu boş kalori və kanserogen maddələr olan tez hazırlanan məhsullar çıxarılmalıdır. Onlarda sellüloz və ya hər hansı başqa faydalı maddələr yoxdur. Bu kateqoriyaya fastfud, çipslər, suxarılar və başqa qəlyanaltılar aiddir.

İçmə rejimi

Bəzən uşaqlarda qəbizlik orqanizmdə su çatışmazlığına görə yaranır. Bu, nəcisin qatılaşmasına və onun yoğun bağırsaqda hərəkətinin çətinləşməsinə səbəb olur. Bununla əlaqədar olaraq içmə rejiminin düzgün təşkil edilməsi həzm yolu işinin normallaşmasının əsas meyarlarından biri rolunda çıxış edir.

Belə ki, körpəyə turş şirələr vermək tövsiyə edilmir, çünki onlar qəbizlik yarada bilər. Uşağa kefir və orta şirin nektarlar təklif etmək daha yaxşıdır. Bir çox mütəxəssislər həmçinin səhər yeməyindən əvvəl uşaqlara bir az qaynanmış və ya şüşə qablarda satılan su verməyi tövsiyə edirlər. Onu kiçik qurtumlarla yavaş-yavaş içmək lazımdır. Yeməyə qədər başqa içkilərin istifadəsi tövsiyə edilmir.

Uşağı pəhrizə necə keçirməli?

Qidaya qarşı formalaşmış üstün tutmalara malik uşaqları xüsusi qidalanmaya keçirmək çətindir. Belə hallarda onlar "dadsız" tərəvəzlərdən imtina edir və vərdiş etdikləri yeməyi tələb edirlər. İsterika və "aclıq qiyamlarından" qaçmaq üçün, faydalı məhsulların miqdarını tədricən artırın və diqqəti bunda cəmləməyin.

Məsləhət № 1. Qəbizlik zamanı maksimum qısa müddətə müsbət nəticə göstərən buğda kəpəkləri uşaqların pəhrizə keçirilməsinə kömək edə bilər. Əvvəlcə 2 xörək qaşığı kəpəkyə yarım stəkan qaynar su tökmək və 20 dəqiqə ərzində dəmə qoymaq lazımdır. Sonra hazır məhsulu sıyığa, şorbaya və ya yoqurta əlavə etmək olar. Quru kəpəkləri sıyığa bişirmənin sonunda tökmək və ya onları evsayağı oladyaların bişirilməsi zamanı əlavə etmək olar. Əgər bu məhsul ayrıca verilərsə, bunu 1 çay qaşığı verərək, dozanı hər 2-3 gündən bir tədricən artıraraq qarnın müntəzəm surətdə işıəməsinə nail olana qədər maksimum 2 çay qaşığı vermək olar.

Məsləhət № 2. Buğa verilmiş quru meyvələrdən (qara gavalı, kişmiş, əncir, qaysı qurusu) püreni menyuya daxil etmək kifayətdir. Onların tərkibində çoxlu qida lifləri var və o bağırsaqların işini əla stimullaşdıran kalium mənbəyidir. Qarışığa axşamdan qaynar su tökmək və səhər qarışdıraraq və kefirə, yoqurta, qatığa əlavə etmək olar. Təmiz halda acqarına üstündən su içərək 1– 2 çay qaşığı qəbul etmək olar.

Qəbizlik zamanı qidalanma necə olmalıdır?

  • Sellüloz orqanizmdə mayeni əla saxlayır, nəcis kütlələrinin yumşalmasına imkan yaradır və onların çıxarılmasını yüngülləşdirir. Bununla əlaqədar olaraq erkən yaşdan başlayaraq qəbizlik problemini tərəvəz və meyvələrin, həmçinin bitki yağı (1 yaşda gündə 20-30 ml) payının artırılması sayəsində ilə həll etmək olar. Əgər uşaq nəcis ifrazının gec-gec baş verməsinə və ya nəcisin bərk olmasına meyllidirsə, yeməyə yunan qabağından, brokkolidən və gül kələmdən başlamaq olar.
  • Uşaqlar üçün ən yumşaq bağırsaq işlətmə məhsullarından biri qara gavalı hesab edilir. Yedirmə zamanı körpəyə bundan və ya başqa quru meyvələrdən püre vermək olar.
  • Su ilə qarışdırılmış gavalı, yerkökü və çuğundur şirələri problemi həll etməyə kömək edə bilər.
  • Yemin tətbiqiylə sərf edilən mayenin həcmi hər qidalanma zamanı ən azı 50 ml təşkil etməlidir.
  • İstənilən yeni məhsulu rasiona kiçik dozalardan başlayaraq tədricən daxil etmək lazımdır. Eyni zamanda bir neçə məhsul daxil etmək lazım deyil, çünki uşaq nə qədər kiçikdirsə, ona uyğunlaşmaq üçün bir o qədər çox vaxt lazımdır. Orta hesabla uyğunlaşma üçün 7 gündən 10 günə qədər vaxt tələb olunur.

Ümumi tövsiyələr

  • Hər gün eyni zamanda bağırsaqları boşaltmaq vərdişi qəbizlikdən qurtulmaya imkan yaradır.
  • Həmçinin qarın nahiyəsində dairəvi hərəkətlərlə masajın köməyi ilə bağırsaqların işini stimullaşdırmaq olar.
  • Valideynlər uşağa kifayət qədər fiziki fəallıq təmin etməlidirlər. Profilaktika kimi müxtəlif idman növləri uyğundur: qaçış, üzgüçülük, gimnastika, həmçinin qarın presi üçün məşqlər.
  • Qəbizlik əleyhinə vasitələr uşaqlarda bağırsağın işləməsinə kömək edə bilər.
  • Uşaqların rahat bayıra çıxmalarına işlətmə vasitələri kömək edə bilər. Birdəfəli МİKROLAKS® mikroimalələri uşaqlara həyatının birinci ilindən istifadə oluna bilər. Onlar istifadədə olduqca rahatdır və tətbiqdən artıq 5-15 dəqiqədən sonra təsir göstərirlər (təlimata baxın). Xüsusilə əhəmiyyətlidir ki, MİKROLAKS® orqanizmə sovrulmur, bilavasitə nəcis kütlələrinə təsir edir, onları yumşaldır və onların sürətli və asan xaric olmasına imkan yaradır.

Dərman vasitəsinin reklamı. İstifadədən əvvəl təlimatla tanış olmaq və həkimlə məsləhətləşmək lazımdır. RU № UA/15636 / 01/01 01.12.2016-dan, MZO №1299 saylı əmri.