Skip to main content

Search

Search

İstifadə şərtləri

İstifadənin hüquqi şərtləri

Hazırki veb-sayt (“Veb-sayt”) sizə hazırki İstifadə şərtlərinə, eləcə də bu şərtlərə əlavə və dəyişikliklərə (bundan sonra hamısı bir yerdə “Razılaşma” adlandırılacaqdır) uyğun olaraq təqdim olunur ki, bunlar da “Johnson&Johnson” LLC tərəfindən və ya onun hər hansı bir bağlı şirkəti tərəfindən (bundan sonra birlikdə “Veb-saytın sahibi”, “biz”, “bizi”, “bizə” adlandırılacaqdır) mütəmadi olaraq yerləşdirilə bilər. Hazırki Veb-saytdan və ya Veb-sayt (və ya Mobil proqram təminatı) vasitəsilə təqdim olunan hər hansı bir digər xidmətlərdən və ya kontentdən istifadə Razılaşmanın, Razılaşma bağlayacağınız halda malik olacaq qüvvə ilə eyni qüvvəyə malik şərtləri ilə hüquqi cəhətdən bağlı olmağa razı olmağınız hesab edilir. Əgər Razılaşmanın şərtləri ilə razı deyilsinizsə, giriş almamağınızı və Veb-saytdan istifadə etməməyinizi, eləcə də ondan istifadə etməklə hər hansı bir materialları yerləşdirməməyinizi və verməməyinizi xahiş edirik.

Veb-saytın nəzərdə tutulan auditoriyası

Veb-sayt Azərbaycan Respublikası sakinləri üçün nəzərdə tutulmuşdur. Veb-sayt 18 yaşdan aşağı şəxslər üçün nəzərdə tutulmamışdır.

İnformasiya ilə əlaqədar məsuliyyətdən imtina

VEB-SAYTDAKI KONSULTASİYALAR VƏ TÖVSİYƏLƏR DƏ DAXİL OLMAQLA, İNFORMASİYA MÜSTƏSNA OLARAQ ÜMUMİ TƏLİM VƏSAİTİ QİSMİNDƏ İSTİFADƏ ÜÇÜN NƏZƏRDƏ TUTULUR. İNFORMASİYA TİBBİ MƏSƏLƏLƏR VƏ YA SƏHİYYƏ ÜZRƏ KONSULTASİYA DEYİLDİR VƏ TİBBİ DİAQNOZUN QOYULMASI ÜÇÜN VƏ YA MÜALİCƏ ÜÇÜN VƏ YA HƏR HANSI BİR ŞƏXSİ PROBLEMİN HƏLLİ ÜÇÜN İSTİFADƏ EDİLƏ BİLMƏZ. O, HƏMÇİNİN SİZİN BARƏNİZDƏ UNİKAL FAKTLARLA TANIŞ İXTİSASLI SƏHİYYƏ İŞÇİSİNİN PEŞƏKAR KONSULTASİYASINI ƏVƏZ ETMİR. HƏR HANSI BİR XƏSTƏLİKLƏ ƏLAQƏDAR VƏ YENİ MÜALİCƏNİN BAŞLAMASINDAN ƏVVƏL KONSULTASİYA ÜÇÜN HƏMİŞƏ ÖZ HƏKİMİNİZƏ VƏ YA DİGƏR SƏHİYYƏ İŞÇİSİNƏ MÜRACİƏT EDİN. SİZİN TƏRƏFİNİZDƏN VEB-SAYTDAN İSTİFADƏ VEB-SAYTDA ÜZƏ ÇIXA BİLƏN ƏLAVƏ XƏBƏRDARLIQLAR VƏ MƏSULİYYƏTDƏN İMTİNALAR İLƏ TƏNZİMLƏNİR.

VEB-SAYTDAKI İNFORMASİYA, XİDMƏTLƏR VƏ YA DİGƏR MATERİAL ƏSASINDA HƏYATA KEÇİRDİYİNİZ HƏR HANSI BİR HƏRƏKƏT VƏ YA HƏRƏKƏTSİZLİYƏ BİRBAŞA VƏ YA DOLAYI YOLLA AİD OLAN NƏTİCƏLƏRƏ GÖRƏ BİZ ÜZƏRİMİZƏ HEÇ BİR MƏSULİYYƏT  GÖTÜRMÜRÜK. BAXMAYARAQ Kİ, BİZ VEB-SAYTDAKI İNFORMASİYANIN DƏQİQLİYİNİ, TAMLIĞINI VƏ AKTUALLIĞINI TƏMİN ETMƏYƏ CAN ATARIQ, BİZ BİZ VEB-SAYTDAKI İNFORMASİYANIN DƏQİQLİYİNƏ, TAMLIĞINA VƏ AKTUALLIĞINA HEÇ BİR TƏMİNAT VERMİRİK VƏ BUNLARLA ƏLAQƏDAR ZƏRƏR VƏ YA İTKİYƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIRIQ.

Mülkiyyət hüququ

Siz razılaşırsınız ki, Veb-sayt müstəsna olaraq şəxsi məqsədlər üçün qeyri-kommersiya istifadəsinə aiddir. Siz razılaşırsınız ki, Veb-sayt, Veb-sayta aid bütün intellektual mülkiyyət hüququları da daxil olmaqla, Veb-sayt Sahibinin mülkiyyətidir və siz ondan hazırki İstifadə şərtlərindən göstərilənlərdən fərqli olaraq başqa şəkildə istifadə etmək hüququna malik deyilsiniz. Veb-saytın kommersiya və ya hazırki İstifadə şərtlərində nəzərdə tutulmayan digər məqsədlərlə istifadəsi ilə əlaqədar sizə dəyən zərər və ya itkiyə görə biz məzuliyyət daşımırıq. Biz öz sərəncamımızla Veb-sayta giriş təqdim edilməsindən imtina etmək və onu dayandırmaq hüququnu özümüzdə saxlayırıq. Veb-sayta texniki xidmət və ya dəstək üzrə hər hansı bir xidmətlərin göstərilməsinə borclu olmadığımız və Veb-saytın texniki xidmətinin və ya yenilənməsinin həyata keçirilməməsi nəticəsində sizə dəyə biləcək zərər və itkiyə görə heç bir məsuliyyət daşımamağımız şərtilə Veb-sayt pulsuz təqdim edilir.

Siz Veb-saytın, ona yeniləmələrin və ya onun təşkil olunduğu proqram təminatı da daxil olmaqla, onun hər hansı bir hissəsinin surətini çıxarmaq, dəyişmək və ya təkrar istifadə etmək hüququna malik deyilsiniz.

Siz Veb-saytı müstəsna olaraq hazırki istifadə şərtlərinə uyğun olaraq qanuni məqsədlər üçün istifadə edə bilərsiniz. Müəlliflik hüququ ilə bağlı bildirişi və ya kontentdə yerləşdirilmiş digər bildirişləri silməyəcəyiniz və ya gizlətməyəcəyiniz şərtilə sizə şəxsi qeyri-kommersiya çəqsədləri üçün Veb-saytdan alınan kontentə baxmağa, çap etməyə və yaymağa müstəsna olmayan, ötürülə bilməyən, geri götürülə bilən, məhdud lisenziya verilir. Veb-sayt sahibinin əvvəlcədən verilmiş yazılı razılığı olmadan siz hər hansı bir kommersiya məqsədləri üçün Veb-saytdan hər hansı bir şəkildə əldə edilən kontentin surətini çıxarmaq, onu yenidən yığmaq, dəyişmək, yerləşdirmək, icra etmək, tərcümə etmək, yayamaq, uyğunlaşdırmaq, nümayiş etdirmək, telekommunikasiyanın köməyilə ictimaiyyətə ötürmək, göndərmək və ya satmaq və ya onu digər veb-saytlar da daxil olmaqla, hər hansı bir kommersiya mənbəyinə təqdim etmək hüququna malik deyilsiniz.

Bundan başqa, siz aşağıdakılarla razılaşırsınız: (i) Veb-saytı dezaktivləşdirə, həddən artıq yükləyə, onun keyfiyyətinə zərər vura və ya aşağı sala bilən və ya istifadəçinin Veb-saytdan istifadə etməklə real zaman rejimində hərəkətlər həyata keçirmək qabiliyyəti də daxil olmaqla, Veb-saytdan digər istifadəyə mane ola bilən hər hansı bir şəkildə Veb-saytdan istifadə etməmək; (ii) robot proqramlardan, baxıcı proqramlardan və ya Veb-saytda verilənlərin toplanması, yığımı, nəzarəti və ya hər hansı bir materialın surətinin çıxarılması da daxil omaqla, nə məqsədlə olursa-olsun, Veb-sayta giriş almaq üçün digər avtomatik qurğular, proseslər və ya üsullardan istifadə etməmək; (iii) Veb-saytda yerləşdirilmiş hər hansı bir materiala nəzarət və ya onun surətinin çıxarılması üçün əllə prosesdən istifadə etməmək, və Veb-sayt sahibinin əvvəlcədən verilmiş açıq-aşkar yazılı razılığı olmadan ondan hər hansı bir nəzərdə tutulmayan məqsədlər üçün istifadə etməmək; (iv) Veb-saytın normal işini pozan heç bir qurğudan, proqram təminatından və ya prosedurdan digər şəkildə istifadə etməmək; və ya (v) Veb-saytın normal işin digər şəkildə qarışmağa cəhd etməmək.

Sizə açıq-aşkar üsulla təqdim olunmayan bütün hüquqları biz özümüzdə saxlayırıq.

Məxfilik və verilənlərdən istifadəyə razılıq

Sizin istər qeydiyyat zamanı, istərsə də hər hansı bir digər şəkildə Veb-saytdan istifadəniz nəticəsində əldə etdiyimiz informasiyaya Məxfilik siyasəti şamil edilir. Tərəfimizdən qəbul olunmuş Məxfilik siyasəti sizin bu cür informasiyaya aid hüquqlarınız da daxil olmaqla, bizə təqdim etdiyiniz verilənlərin yığımına və istifadəsinə aiddir.

Elektron kommunikasiya

Veb-sayt vasitəsilə ötürülən informasiya elektron kommunikasiyadır. Sizin Veb-sayt və ya elektron poçt kimi digər elektron əlaqə formaları vasitəsilə bizimlə əlaqənizin gedişində belə kommunikasiya elektron formada həyata keçirilir. Siz razılaşırsınız ki, biz şəxsi verilənlərin mühafizəsi haqqında yerli qanunlara uyğun olaraq elektron formada kommunikasiyanı həyata keçirə bilərik və belə kommunikasiya, eləcə də bildirişlər, informasiyanın açılması, razılaşmalar və ya elektron vasitələrin köməyilə sizə təqdim etdiyimiz digər məlumatlar yazılı formadakı kommunikasiyaya bərabərdir və yazılı fromada tərtib olunduğu və onları göndərən tərəfindən imzalandığı haldı malik olacağı təsirə malikdir.

Əlavə şərtlər

Veb-saytın təkliflər, mükafatların oynanılması, müsabiqələr, yarışlar və lotereyalar kimi müəyyən kontentinə və xarakteristikalarına əlavə şərtlər tətbiq oluna bilər. Veb-saytda mükafatların oynanılması, yarış, müsabiqə və ya lotereya kimi əlavə şərtlərlə tənzimlənən və Rəsmi qaydaların tətbiq olunduğu hər hansı bir tədbirdə iştirak etməklə siz hazırki İstifadə şərtləri ilə yanaşı bu cür əlavə şərtlərə də riayət etməyə razılaşırsınız.

Veb-saytdan istifadəyə münasibətdə zəmanətdən imtina

VEB-SAYT “OLDUĞU KİMİ” VƏ “GİRİŞ İMKANI YOL VERDİYİ QƏDƏR” ŞƏRTLƏRİ İLƏ TƏQDİM EDİLİR. ƏGƏR HAZIRKİ SƏNƏDDƏ BİMƏNALI ŞƏKİLDƏ BAŞQA CÜR GÖSTƏRİLMƏMİŞDİRSƏ, VEB-SAYT SAHİBİ DiGƏR MƏSƏLƏLƏRLƏ YANAŞI, SATIŞ ÜÇÜN, BƏLLİ MƏQSƏDLƏLRƏ İSTİFADƏ ÜÇÜN YARARLILIQ ZƏMANƏTİ VƏ YA HÜQUQLARIN POZULMASININ OLMAMASINA ZƏMANƏT DƏ DAXİL OLMAQLA, AŞKAR, HÜQUQİ VƏ YA NƏZƏRDƏ TUTULAN İSTƏNİLƏN NÖV ZƏMANƏTLƏRDƏN MÜVAFİQ QANUNLA YOL VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ BİRMƏNALI ŞƏKİLDƏ İMTİNA EDİR.

VEB-SAYTIN SİZİN TƏLƏBLƏRİNİZƏ CAVAB VERƏCƏYİNƏ VƏ YA VEB-SAYTA GİRİŞİN DAİMİ, VAXTLI-VAXTINDA, TƏHLÜKƏSİZ VƏ YA SƏHVSİZ OLACAĞINA VƏ YA MÖVCUD OLDUQLARI HALLARDA NÖQSANLARIN ARADAN QALDIRILACAĞINA MÜNASİBƏTDƏ VEB-SAYT SAHİBİ HEÇ BİR ZƏMANƏT VERMİR. VEB-SAYTIN İSTİFADƏSİNDƏN ALINA BİLƏN NƏTİCƏLƏRƏ MÜNASİBƏTDƏ VƏ YA VEB-SAYTIN KÖMƏYİLƏ ƏLDƏ EDİLƏN HƏR HANSI BİR İNFORMASİYANIN DƏQİQİLİYİ, KEYFİYYƏTİ VƏ YA ETİBARLILIĞINA MÜNASİBƏTDƏ VEB-SAYT SAHİBİ HEÇ BİR ZƏMANƏT VERMİR.

SİZ BAŞA DÜŞÜR VƏ RAZILAŞIRSINIZ Kİ, VEB-SAYTIN KÖMƏYİLƏ YÜKLƏNƏN VƏ YA BAŞQA ŞƏKİLDƏ ƏLDƏ EDİLƏN İSTƏNİLƏN MATERİAL VƏ (VƏ YA) VERİLƏNLƏR SİZİN ŞƏXSİ RİSKİNİZ HESABINA İSTİFADƏ OLUNUR, VƏ BELƏ MATERİALIN VƏ (VƏ YA) VERİLƏNLƏRİN YÜKLƏNMƏSİ NƏTİCƏSİNDƏ KOMPÜTER SİSTEMİNİZƏ DƏYƏN ZƏRƏRƏ GÖRƏ VƏ YA VERİLƏNLƏRİNİ İTMƏSİNƏ GÖRƏ SİZ TƏKBAŞINA MƏSULİYYƏT DAŞIYIRSINIZ.

VEB-SAYT SAHİBİNDƏN VƏ YA VEB-SAYT VASİTƏSİLƏ ƏLDƏ EDİLƏN HEÇ BİR KONSULTASİYA VƏ YA ŞİFAHİ YAXUD YAZILI İNFORMASİYA, ƏGƏR BU CÜR ZƏMANƏT HAZIRKİ ŞƏRTLƏRLƏ BİRMƏNALI ŞƏKİLDƏ NƏZƏRDƏ TUTULMAMIŞDIRSA, ZƏMANƏT DEYİLDİR.

Məsuliyyətin məhdudlaşdırılması

SİZ BİRMƏNALI ŞƏKİLDƏ BAŞA DÜŞÜR VƏ RAZILAŞIRSINIZ Kİ, DİGƏR MƏSƏLƏLƏRLƏ YANAŞI, İSTİFADƏ İMKANININ İTİRİLMƏSİ, QAZANC, QƏNAƏT VƏ YA MƏNFƏƏT ƏLDƏ EDƏ BİLMƏMƏ, VERİLƏNLƏRİN İTİRİLMƏSİ, QEYRİ-MADDİ AKTİVLƏRİN İTİRİLMƏSİ, ƏVƏZEDİCİ XİDMƏTLƏRİN DƏYƏRİ VƏ YA MEYDANA GƏLMƏ SƏBƏBLƏRİNDƏN ASILI OLMAYARAQ, İSTƏNİLƏN MƏSULİYYƏT NƏZƏRİYYƏSİNƏ ƏSASLANAN VƏ İSTƏR DELİKT NƏTİCƏSİNDƏ (EHTİYATSIZLIQ VƏ CİDDİ MƏSULİYYƏT DƏ DAXİL OLMAQLA) MÜQAVİLƏNİN POZULMASINDAN MEYDANA GƏLƏN VƏ YA BAŞQA ŞƏKİLDƏ: (1) VEB-SAYTDAN İSTİFADƏDƏN VƏ YA İSTİFADƏNİN QEYRİ-MÜMKÜNLÜYÜNDƏN; (2) ƏVƏZEDİCİ XİDMƏTLƏRİN, ƏŞYALARIN VƏ YA VEB-SAYTLARIN DƏYƏRİNDƏN; (3) İCAZƏSİZ GİRİŞDƏN VƏ YA ÖTÜRÜLƏN İNFORMASİYANIN VƏ YA VERİLƏNLƏRİN (ŞƏXSİ İNFORMASİYA DA DAXİL OLMAQLA) DƏYİŞMƏSİNDƏN; (4) VEB-SAYTDA HƏR HANSI BİR ÜÇÜNCÜ TƏRƏFİN AÇIQLAMALARINDAN VƏ YA DAVRANIŞINDAN; VƏ YA (5) VEB-SAYTLA ƏLAQƏDAR İSTƏNİLƏN DİGƏR MƏSƏLƏDƏN MEYDANA GƏLƏN İSTƏNİLƏN DİGƏR DOLAYI, FAKTİKİ, TƏSADÜFİ VƏ YA ARDICIL ZƏRƏRLƏR DƏ DAXİL OMAQLA, BİRBAŞA, DOLAYI, FAKTİKİ, TƏSADÜFİ, ARDICIL, CƏRİMƏ VƏ YA ARTMIŞ ZƏRƏRLƏRƏ GÖRƏ VEB-SAYT SAHİBİ, ONUN BAĞLI ŞİRKƏTLƏRİ VƏ ONLARIN MÜVAFİQ DİREKTORLARI, ƏMƏKDAŞLARI, AGENTLƏRİ, ETİBARLI VƏ YA DİGƏR NÜMAYƏNDƏLƏRİ HEÇ BİR HALDA MƏSULİYYƏT DAŞIMIR. YUXARIDA GÖSTƏRİLƏN MƏHDUDİYYƏTLƏR BELƏ ZƏRƏRLƏRİN MEYDANA GƏLMƏ İMKANLARI BARƏDƏ VEB-SAYT SAHİBİNİN MƏLUMATI OLUB-OLMAMASINDAN ASILI OLMAYARAQ, ELƏCƏ DƏ HÜQUQİ MÜDAFİƏNİN HƏR HANSI BİR MƏHDUD VASİTƏSİNİN ƏSAS MƏQSƏDİNƏ ÇATILMAMASINDAN ASILI OLMAYARAQ TƏTBİQ OLUNURLAR. MƏSULİYYƏTİN İSTİSNA EDİLMƏSİ MÜVAFİQ QANUNVERİCİLİKLƏ YOL VERİLƏN MAKSİMAL DƏRƏCƏDƏ TƏTBİQ OLUNUR.

Əmtəə nişanlari barədə bildirişlər

Veb-saytda yerləşdirilmiş əmtəə nişanları və brendlər Veb-sayt sahibinin, onun bağlı şirkətlərinin və ya kənar sahiblərin mülkiyyətidir. Bizim əvvəlcədən verilmiş yazılı razılığımız olmadan siz Veb-sayt sahibin aid əmtəə nişanlarından və ya xidmət nişanlarından istifadə etmək və ya onları yerləşdirmək hüququna malik deyilsiniz. Sahiblərinin razılığı olmadan siz Veb-saytda yerləşdirilmiş digər əmtəə nişanlarından və ya xidmət nişanlarından istifadə etmək və ya onları yerləşdirmək hüququna malik deyilsiniz.

Veb-saytın işinin dəyişdirilməsi və müvəqqəti dayandırılması

Biz Veb-saytın təqdim olunmasına səmərəli səy göstərəcəyimizi öhdəmizə götürürük, lakin vaxtaşırı olaraq hər hansı bir bildiriş göndərmədən Veb-saytın və ya onun hissələrinin işini müvəqqəti və ya daimi kəsməyimiz, məhdudlaşdırmağımız, dəyişməyimiz və ya dayandırmağımız tələb oluna bilər. Bu cür hərəkətlərin nəticəsində sizə dəyə biləcək hər hansı bir zərər və ya itkilərə biz məsuliyyət daşımırıq.

Dayandırma

Əgər əlimizdə bunun üçün, hazırki İstifadə şərtlərinin və Qrup üçün göstərişlərin sizin tərəfinizdən pozulması da daxil olmaqla, tutarlı səbəblər olarsa, biz əvvəlcədən bildiriş vermədən sizin veb-saytdan istifadənizi və ya Veb-sayta girişinizi istənilən vaxt dayandıra və sizin İstifadəçi kontentinizi tamamilə və ya qismən silə bilərik. Göstərilən hallarda Veb-saytdan istifadənin dayandırılması nəticəsində sizə dəyə biləcək h zərər və ya itkilərə biz məsuliyyət daşımırıq. Veb-saytdan istifadənin dayandırılması halında siz Veb-saytdan istifadə etməyi dayandırmalısınız və razılaşırsınız ki, Razılaşmanın Mülkiyyət hüququna, Əmtəə nişanları barədə bildirişlərə, Əvəz ödənməsinin zəmanətinə, Məsuliyyətdən imtinaya və ya Zəmanətlərə, Məsuliyyətin məhdudlaşdırılmasına və Müvafiq hüquqa aid müddəaları belə dayandırmadan sonra qüvvədə qalacaqlar.

Kənar veb-saytlara keçidlər

Hazırki Veb-sayt kənar veb-saytlara keçidləri və ya onlar barədə xatırlamaları özündə birləşdirə bilər. Bu cür keçidlər yalnız sizin rahatlığınız üçün təqdim olunur. Hər hansı bir üçüncü şəxsin Veb-saytda olan, xatırlanan və ya ona daxil edilən heç bir informasiyası, materialı və ya kontenti və ya Veb-saytda verilən keçidlər və ya Veb-sayta düşməyə kömək edən keçidlər üçüncü şəxslərin hər hansı bir məhsullarının, xidmətlərinin və ya informasiyasının aşkar və ya nəzərdə tutulan bəyənilməsi üçün əsas deyildir. Digər veb-saytlara keçid vasitəsilə və ya üçüncü şəxslərin veb-saytları vasitəsilə başqa şəkildə belə üçüncü şəxslər tərəfindən təqdim olunan istənilən informasiya, verilənlər, rəylər, tövsiyələr, məhsullar və ya xidmətlər Veb-sayt sahibinə deyil, müstəsna olaraq belə üçüncü şəxslərə aiddir. Sizin tərəfinizdən belə kənar veb-saytlardan istifadə belə veb-saytların istifadə şərtləri və məxfilik siyasəti ilə tənzimlənir.

Əvəz ödənməsinə zəmanət

Siz Veb-sayt sahibini və onun bağlı şirkətlərini, eləcə də onların müvafiq direktorlarını, işçilərini, əməkdaşlarını, agentlərini və digər nümayəndələrini bütün iddialardan, məsuliyyətdən, zərərlərdən və digər məsələlərlə yanaşı, (a) sizin tərəfinizdən hazırki İstifadə şərtlərinin pozulması; (b) digər məsələlərlə yanaşı, Veb-saytdakı informasiya və materialların ötürülməsi və ya yerləşdirilməsi də daxil olmaqla, sizin tərəfinizdən hazırki Veb-saytdan istifadə; və (c) sizin İstifadəçi kontentinizin hər hansı bir üçüncü şəxsin intellektual mülkiyyət hüquqlarını, digər əmlak hüquqlarını və ya şəxsi həyatın toxunulmazlığı hüquqlarını pozması barədə hər hansı bir iddia və ya ərizə ilə bağlı və ya bunlardan meydana gələn bütün məhkəmə məsrəfləri və xərcləri də daxil olmaqla, xərclərdən qorumağa və bunlara görə əvəz ödəməyə razılıq verirsiniz.

Şərtlərə dəyişikliklər edilməsi

Biz öz sərəncamımıza görə, İstifadə şərtlərinin yeni redaksiyasının qüvvəyə minəcəyi tarixi göstərməklə Veb-saytda İstifadə şərtlərinə yeniləmələrin dərc edilməsi yolu ilə vaxtaşırı olaraq onlara dəyişikliklər etmək hüququna malikik. İstifadə şərtlərinin əvvəlində göstərilən “Son dəyişikliklər”in tarixi son dəyişikliklərin nə vaxt edildiyini göstərəcəkdir. İstifadə şərtlərinin yeni versiyasının dərc olunmasından sonra sizin Veb-saytdan sonrakı istifadəniz edimiş dəyişikliklərlə razılığınızı bildirir. Müvafiq olaraq, Veb-sayta hər dəfə daxil olarkən siz Razılaşmanın yeni versiyasının dərc olunub-olunmadığını yoxlamalısınız.

Əlaqə məlumatı

Hazırki İstifadə şərtlərinə və ya Veb-sayta münasibətdə hər hansı bir sual və ya problemin meydana çıxması halında siz Məxfilik siyasətində və ya Veb-saytın “Kontaktlar” bölümündə göstərilən məlumatlardan istifadə etməklə bizimlə əlaqə saxlaya bilərsiniz.

Razılaşma müddəalarının müstəqilliyi

Əgər hazırki İstifadə şərtlərinin hər hansı bir hissəsi və ya müddəaları qeyri-qanuni, qüvvədən qüşmüş, etibarsız və ya yerinə yetirilməsi mümkün olmayan sayılarsa, belə müddəa hazırki İstifadə şərtlərindən çıxarılmış hesab edilir və digər müddəaların etibarlılığına və yerinə yetirilmə imkanına təsir göstərmir.

Hüquqi qüvvənin saxlanması

Veb-saytdan istifadə hüququnun dayandırılmasından sonra bütün bölümlər qüvvədə qalır.

Müvafiq hüquq və yurisdiksiya

Veb-saytdakı informasiya yalnız Azərbaycan Respublikası sakinlərinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Digər ölkələrdə Azərbaycan Respublikasında qəbul olunmuş qanunlardan, tənzimləyici tələblərdən və tibbi praktikadan fərqli qanunlar, tənzimləyici tələblər və tibbi praktika qüvvədə ola bilər. Razılaşma, həmçinin Razılaşmaya, Veb-sayta və ya Veb-sayt vasitəsilə aldığınız əşyalara aid bütün mübahisələrin həlli, eləcə də hazırkı İstifadə şərtlərindən və ya onunla əlaqədar olara meydana gələn qeyri-müqavilə öhdəlikləri kolliziya hüququnun normaları nəzərə alınmadan Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tənzim və təfsir edilir. Veb-sayt sahibi ilə sizin aranızda Razılaşmaya aid bütün məhkəmə iddialarına və ya çəkişmələrinə müstəsna olaraq Azərbaycan Respublikasında yerləşən səlahiyyətli yurisdiksiyalı məhkəmədə baxılır və siz belə məhkəmələrin şəxsi və müstəsna yurisdiksiyasını qəbul edirsiniz.