Skip to main content

Search

Search

Tariximiz

1943-cü ildə, Johnson & Johnson şirkətinin  banilərindən birinin oğlu olan General Robert Vud Conson  "Bizim Kredo" - adlı şirkətin fəlsəfəsini müəyyənləşdirən  sənədi  yazmış və ilk dəfə dərc  etmişdir.

Bizim əsas məsuliyyətimiz - həkim və tibb bacıları, pasientlər, ata və analar , bizim məhsulları istifadə edən hər kəsin qarşısındadır. Bizim əsas məsuliyyətimiz - həkim və tibb bacıları, pasientlər, ata və analar , bizim məhsulları istifadə edən və xidmət göstərdiyimiz hər kəsin qarşısındadır. Onların təlabatına uyğun olaraq, biz  etdiyimiz hər şeydə yüksək keyfiyyət standartını təmin etməliyik. Biz daim qiymətləri məqbul səviyyədə saxlamaq üçün xərcləri azaltmaq üçün çalışmalıyıq. Müştərilərin sifarişləri dəqiq və vaxtında həyata keçirməliyik. Bizim tədarükçülərimiz və distributorlarımızın layiqli gəlir qazanma imkanı olmalıdır.Biz dünyada işləyən  bütün qadın və kişi əməkdaşlarımız qarşısında məsuliyyət daşıyırıq. Biz onların hər birinin individuallığını təqdir etməliyik. Biz onların ləyaqətinə hörmətlə yanaşmalı və haqqlarının fərqinə varmalıhıq:

bizim onlarda gələcəyə inam hissini dəstəkləməyimiz vacibdir. Kompensasiya ədalətli və mütənasib olmalıdır, iş şəraitinin təmizliyini , səliqəliliyini və təhlükəsizliyini təmin etməliyik.

Bizim üçün vacibdir ki, əməkdaşlarımız ailələrinin qayğısına qalmaq imkanları olsun. Əməkdaşlarımız hiss etməlidirlər ki , onlar təklif və iradlarını sərbəst ifadə edə  bilərlər. Bütün ixtisaslı mütəxəssislərimizin  məşğulluğu, inkişafı və irəliləmə imkanları bərabər olmalıdır. Biz səriştəli idarəetməni təmin etməliyik, rəhbərliyin fəaliyyəti ədalətli və etik olmalıdır.

Biz yaşadığımız və işlədiyimiz cəmiyyətə qarşı, həmçinin beynəlxalq ictimaiyyətə qarşı məsuliyyət daşıyırıq.Biz öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik: Yaxşı təşəbbüsləri və xeyriyyə aksiyalarını dəstəkləməli, vergiləri vicdanla ödəməliyik. Biz sosial sferanın, səhiyyə və təhsilin təkmilləşdirilməsinə təşviq etməliyik.Biz təbii resursları qoruyaraq və ətraf mühiti mühafizə etməklə,  bizə həvalə olunmuş mülkiyyətə qayğı ilə yanaşmalıyıq.

Ən sonda biz səhmdarlarının qarşısında məsuliyyət daşıyırıq. Biznes böyük gəlir gətirməlidir. Biz yeni idealarla təcrübələr aparmalı, elmi tədqiqat işləri aparmalı, innovasiyaları genişlənndirməli və səhvlərimiz üzərində öyrənməliyik. Biz yeni avadanlıqlar almalı, müasir iş şəraiti yaratmalı və bazara yeni məhsullar gətirməliyik. Biz çətin hallara hazır olmalıyıq  və onların həlli üçün ehtiyatlarımız olmalıdır. Bu prinsiplərə riayət etməklə, biz səhmdarlarımızı layiqli gəlirlə təmin edəcəyik.