Skip to main content

Search

Search

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HEKSORAL®TABS KLASSİK portağal, limon, bal-limon, qarağat dadlı sorma tabletlər

HEXORAL®TABS CLASSIC

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq amilmeta-krezol vardır

Köməkçi maddələr:

  • saxaroza, duru qlükoza, limon cövhərinin monohidratı, riboflavinin natrium fosfat boya maddəsi, al qırmızı boya maddəsi (Ponso 4 R), nanə yağı, cirə yağı, şirin portağal yağı (portağallı) 
  • saxaroza, duru qlükoza, limon cövhərinin monohidratı, riboflavinin natrium fosfat boya maddəsi, al qırmızı boya maddəsi (Ponso 4 R), nanə yağı, cirə yağı, qatılaşdırılmış limon yağı (limonlu)
  • saxaroza, duru qlükoza, limon cövhərinin monohidratı, riboflavinin natrium fosfat boya maddəsi, al qırmızı boya maddəsi (Ponso 4 R), nanə yağı, cirə yağı, limon yağı, bal dadı verən maddə (bal-limonlu)
  • saxaroza, duru qlükoza, limon cövhərinin monohidratı, riboflavinin natrium fosfat boya maddəsi, al qırmızı boya maddəsi (Ponso 4 R), nanə yağı, cirə yağı, qarağat dadı verən maddə (qarağatlı).

Təsviri

Portağallı: yumru formalı, narınc rəngdə, ikitərəfli qabarıq səthi olan tabletlər.

Limonlu: yumru formalı, sarı rəngdə, ik tərəfli qabarıq səthi olan tabletlər.

Ballı-limonlu: yumru formalı, qəhvəyi-sarı rəngdə, ikitərəfli qabarıq səthi olan tabletlər.

Qarağatlı: yumru formalı, bənövşəyi rəngdə, ikitərəfli qabarıq səthi olan tabletlər .

Bütün tabletlərdə qeyri-bərabər rənglənmə, hava qabarcıqlarının və kənarlarında əyriliyin olması mümkündür.

Farmakoterapevtik qrupu

Boğaz xəstəliklərinin müalicəsi üçün preparatlar. Antiseptiklər.

ATC kodu: R02AA20

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Stomatologiya və LOR-praktikasında yerli istifadə üçün nəzərdə tutulan antiseptik, kombinə-olunmuş preparat. 2,4-dixlorbenzil spirti - benzol , amilmetakrezol isə fenol törəməsidir. Preparatın aktiv komponentləri yerli antiseptik və bir qədər yerli anesteziyaedici effekt törədir; selikli qişada adgeziya uzunmüddətli təsirə səbəb olur. Heksoral®Tabs Klassik yuxarı tənəffüs yollarının selikli qişalarında qıcıqlanma simptomlarını aradan qaldırır, selikli qişaya dekongestiv təsir göstərir, burun tutlmasını azaldır, boğazda ağrı və qıcıqlanmanı yumşaldır.

Heksoral®Tabs Klassik preparatının təsir mexanizmi mikrob hüceyrələrinin zülallarının koaqulyasiya və həmçinin hüceyrə membranlarının lipidləri ilə qarşılıqlı təsiri ilə bağlıdır ki, bu da onun törədicilərə qarşı effektivliyini müəyyən edir. Geniş spektrli qrammüsbət və qrammənfi bakteriyalara qarşı aktivdir, həmçinin antimikotik təsirə malikdir.

Farmakokinetikası

Cüzi sistem absorbsiyası ilə bağlı Heksoral®Tabs Klassik preparatının farmakokinetikası barədə məlumat yoxdur.

İstifadəsinə göstərişlər

Boğaz və udlağın infeksion-iltihabı xəstəlikləri.

Əks göstərişlər

Rreparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Saxaroza/izomaltoza çatışmazlığı, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası;

6 yaşa qədər uşaqlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər qrup dərman preparatrları ilə klinik əhəmiyyətli qarşılıqlı təsir aşkar olunmayıb.

Xüsusi göstərişlər

Epilepsiya xəstəliyində, ürək keçiricilliyinin pozulmasında, şok zamanı, qaraciyər funksiyasının pozulmasında preparat ehtiyatla qəbul olunmalıdır.

Boğazda ağrı 2 gündən artıq davam etdikdə və ya yanaşı gedən başağrısı, ürəkbulanma, qusma hallarında həkimlə məsləhətləşmək lazımdır.

Şəkərli diabetlə xəstələr, həmçinin hipokaloriyalı pəhrizdə olan xəstələr nəzərə almalıdır ki, preparatın tərkibində şəkər vardır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatı istifadəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və hərəkət edən mexaniki cihazları idarəetmə qabiliyyətinə preparatın təsiri aşkar olunmayıb.

İstifadə qaydası və dozası

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün hər 2-3 saatdan bir 1 tabletin sorulması tövsiyə edilir. Maksimal sutkalıq doza – 8 tablet.

Müalicə kursu – 5-7 gün.

Əlavə təsirləri

Nadi hallarda allergik reaksiyaların baş verməsi mümkündür.

Doza həddinin aşılması

Tövsiyə edilən dozalarda istifadə etdikdə preparatla doza həddinin aşılması halları aşkar olunmayıb.

Buraxılış forması

4 tablet, alüminium folqadan kontur-yuvasız qablaşdırmada. 2, 3 və ya 4 konturlu-yuvasız qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

8 tablet, alüminium folqadan və polivinilxlorid plyonkadan konturlu-yuvalı qablaşdırmada.

2 və ya 3 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30º C-dən yüksək olmayan temperaturda, quru yerdə saxlamaq lazımdır.

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır!

Yararlılıq müddəti

4 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır

İstehsalçı

“Yunik Farmasyutikal Laboratoriz” (“C.B. Kemikals end Farmasyutikals Ltd.” şirkətinin bölməsi), Hindistan

Nilam Senter, “B” qanadı, 4 mərtəbə, Hind Saykl Roud, Vorli,

Mumbay – 400 030, Hindistan

Qeydiyyat vəsiqəsinin sahibi

MMC “Conson &Conson”, Rusiya Federasiyası

121614, Rusiya Federasiyası, Moskva şəh., Krılatskaya küç., 17, bina 2

Məhsulun keyfiyyəti üzrə istehlakçıların iddialarını Azərbaycan Respublikasında qəbul edən təşkilatın ünvanı:

MMC “Conson &Conson”, Rusiya Federasiyası

121614, Rusiya Federasiyası, Moskva şəh., Krılatskaya küç., 17, bina 2

tel. (495) 726-55-55

el. ünvanı: [email protected]

KONTRENDIKASYONLAR VAR. ISTIFADƏ ETMƏDƏN ƏVVƏL BIR HƏKIMƏ MÜRACIƏT EDIN VƏ TƏLIMATLARA BAXIN.