Skip to main content

HEKSORAL®

Udqunma zamanı ağrı, acışma, boğuqluq — bütün bu simptomlar faringit, angina (kəskin tonzillit), KRX və yuxarı tənəffüs yollarının bir sıra digər xəstəlikləri zamanı təzahür edə bilər. Müalicə üçün birbaşa ağız-udlaq nahiyəsinə təsiri özündə birləşdirən kompleks bir yanaşma tətbiq etmək daha yaxşıdır.

Yerli təsirə malik dərmanlar hesab edilən sorma həblər və udlağın nəmləndirilməsi üçün preparatlar boğada ağrı zamanı kömək etmək, udlağın selikli qişasını nəmləndirərək yumşaltmaq üçün nəzərdə tutulmuşdur. Hər bir konkret halda hansı preparat dəstinin istifadə ediləcəyinə həkim qərar verməlidir.

GEKSORAL® preparatları haqqında

GEKSORAL® xəttinə GEKSORAL® aerozol və sorma həblər GEKSORAL® Tabs klassik daxildir.

GEKSORAL® aerozol

GEKSORAL® aerozol — aerozol şəklində istehsal olunan boğaz ağrısına qarşı müasir vasitədir. GEKSORAL® spreyinin təsiri ağız boşluğunun və qırtlağın iltihabi və yoluxucu xəstəliklərinin simptomatik müalicəsinə yönəlmişdir.

  • İlk istifadədən etibarən boğaz ağrısının aradan qaldırılmasını təmin edir1
  • Boğazda ağrının 4 səbəbini aradan qaldırır: göbələklər2, viruslar3, bakteriyalar4 və bioplyonkalar4
  • 10-14 saatadək aktivdir5
  • Gün ərzində cəmi 2 dəfə istifadə olunur5
  • Böyüklər və 4 yaşdan yuxarı uşaqlar üçün uyğundur5.

Tərkibi

GEKSORAL® aerozolunun tərkibində geniş antibakterial, göbələyə qarşı və virusa qarşı təsirə malik heksetidin antiseptiki vardır. Heksetidin mikrob bioplyonkalara münasibətdə aktivdir, yerli analgetik təsirə malikdir ki, bu da tonzillofaringit zamanı onu simptomatik müalicə vasitəsi kimi hesab etmək imkanı yaradır. Heksetidin yüksək təhlükəsizlik profilinə malikdir.

İstifadə qaydası

Ağız boşluğu və qırtlağın aşağıdakı yoluxucu və iltihabi xəstəlikləri zamanı simptomatik müalicə:

  • tonzillit, angina (o cümlədən Plaut-Vensan anginası, yan yastıqların anginası), faringit, gingivit, stomatit, qlossit, parodontoz;
  • göbələk xəstəlikləri
  • yaralanmalar zamanı ağız boşluğu və qırtlaqdakı cərrahi müdaxilələrdən əvvəl və sonrakı yoluxucu ağırlaşmaların profilaktikası, o cümlədən diş çəkildikdən sonra alveolların infeksiyalaşmasının profilaktikası
  • ağız boşluğunun gigiyenası, o cümlədən ağızdan xoşagəlməz qoxunu aradan qaldırılması

GEKSORAL® spreyi böyüklər və 4 yaşdan yuxarı uşaqlar üçün uyğundur, lakin ondan istifadə etməzdən əvvəl mütləq şəkildə mütəxəssislə məsləhətləşmək lazımdır. Preparat xəstəliyin artıq ilk simptomları zamanı ağız boşluğuna və udlağa püskürdülməlidir. GEKSORAL® spreyinin istifadəsi olduqca rahatdır, hətta bunu ilk dəfə etsəniz belə. Əvvəlcə püskürdücü başlığı aerozol balona taxın və onun ucunu ağız boşluğunun və ya udlağın zədələnmiş nahiyəsinə yönəldin. Preparatdan istifadə zamanı flakonu mütləq şəkildə şaquli vəziyyətdə tutun. Nəfəsinizi bir müddətlik tutun, püskürdücü başlığın üzərinə sıxın və 1-2 saniyə ərzində onu bu vəziyyətdə saxlayın. Bu vaxt müddəti preparatın bir dozalıq istifadəsinə bərabərdir. Larinqospazm yaranma ehtimalının qarşısını almaq üçün preparatdan istifadə zamanı nəfəs almayın, onu udmayın. Həkimin başqa göstərişləri yoxdursa, preparatdan gündə 2 dəfə olmaqla səhər və axşam istifadə edilməlidir. Müalicənin müddətini mütəxəssis təyin edə bilər.

GEKSORAL® Tabs klassik

GEKSORAL® Tabs klassik — ağız boşluğu və udlağın yoluxucu və iltihabi xəstəlikləri zamanı yerli istifadə üçün nəzərdə tutulmuş antiseptik kombinə edilmiş preparatdır. Sorma həblər GEKSORAL® Tabs klassik boğazdakı ağrı hissini azaldır, selikli qişaya yumşaldıcı təsir göstərir, portağal, limon, limon ilə bal, eləcə də qara qarağat kimi dadda buraxılır.

Tərkibi

Sorma həblərin tərkibində boğazdakı ağrı hissini azaldan antiseptik maddə amilmetakrezol və dixlorbenzil spirti, eləcə də boğazdakı qıcıqlanmanı yumşaldan nanə yağı, anis yağı, şirin portağal yağı, konsentrasiya edilmiş limon yağı, qara qarağat dadverici maddəsi kimi təbii köməkçi komponentlər vardır. Preparatın aktiv komponentləri yerli antiseptik və kiçik bir yerli anesteziyaya edici təsir yaradır. Dərman müalicə prosesinin mümkün qədər asan və hiss edilməz olaraq keçməsi üçün boğazdakı xoşagəlməz hissi yumşaltmağa kömək edir.

İstifadə qaydası

Nabat şəklində olan sorma həblər GEKSORAL® Tabs klassikdən təkcə böyüklər deyil, həm 6 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Həbi hər 2-3 saatdan bir yavaş-yavaş sormaq lazımdır. Tövsiyə edilən müalicə kursu 5-7 gün təşkil edir. GEKSORAL® Tabs klassik preparatının qablaşmasını ozünüzlə götürmək rahatdır, buna görə də boğazda ilk ağrı hissi zamanı dərmandan istifadə edə bilərsiniz. Müalicəyə vaxtında başlamağınız infeksiyanın ağırlaşmasının qarşısını almağa kömək edəcəkdir.

GEKSORAL® Tabs Klassik istifadəsi üzrə təlimatı yükləmək

GEKSORAL® aerozol istifadəsi üzrə təlimatı yükləmək

ƏKS-GÖSTƏRİŞLƏRİ VARDIR. İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL HƏKİMLƏ MƏSLƏHƏTLƏŞMƏK VƏ İSTİFADƏ TƏLİMATIYLA TANIŞ OLMAQ LAZIMDIR.

1 “VİRUS-BAKTERİAL İNFEKSİYA” TERMİNİ HAQQINDA BİR DAHA. A. S. POLYAKOVA, t.e.n., V. K. TATOÇENKO, t.e.d., professor, Uşaq sağlamlığı elmi mərkəzi, Moskva, Tibbi Şura, 2015, № 14.

2 Matula et al, Effect of six local anti-microbial preparations in comparison to water and parafilms as controls. The journal of International Medical Research. 1988

3 Deryabin P. Q, Qaleqov Q. A. Kəskin respirator infeksiyalar və herpesə səbəb olan bir sıra viruslara münasibətdə Geksoral® in vitro preparatının virus əleyhinə xüsusiyyətlərinin öyrənilməsi. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “D. İ. İvanovski adına Virusologiya Elmi-Tədqiqat İnstitutu” Federal Dövlət Büdcə Müəssisəsi, İnstitut direktoru Rusiya Elmlər Akademiyasının akademiki D. K. Lvov.

4 Wile et al. Simbex Research Limited, Merthyr Tyddil Singleton Hospital, Swansea, Wales 1986

5 preparatın istifadəsi üzrə təlimatına uyğun olaraq.

6 Oxford J. S., Lambkin R., Gibb I., Balasingam S. et al. A throat lozenge containing amylmetacresol and dichlorobenzyl alcohol has direct virucidal effect on respiratory syncytial virus, influenza A and SARS-CoV. Antiviral Chemistry and Chemotherapy. 2005, 16: 129–134. J0158554 (Antivir Chem Chemother-2005-Oxford-129-34 qoşma faylı)