Skip to main content

Search

Search

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DOKTOR MOM® BİTKİ MƏNŞƏLİ ÖSKÜRƏK ƏLEYHİNƏ SORMA TABLETLƏR (portağal, limon, moruq, çiyələk, ananas, meyvə, giləmeyvə dadlı)

DOKTOR MOM® HERBAL COUGH LOZENGE

Tərkibi

Təsiredici maddələr: 1 sorma tabletin tərkibində aşağıdakı dərman bitki xammallarının quru ekstraktları: lüt biyan kökü (Glycyrrhiza glabra) - 15,0 mq; dərman zəncəfilinin kökümsov gövdəsi (Zingiber officinale) - 10,0 mq; dərman emblikasının meyvəsi (Emblica officinalis) - 10,0 mq və 7,0 mq Levomentol vardır.

Köməkçi maddələr:

  • portağal dadlı sorma tabletlər üçün: saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, portağal aromatizatoru, nanə aromatizatoru (nanə cövhəri), «Günəş qürubu» sarısı boya maddəsi;
  • limon dadlı sorma tabletlər üçün: saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, limon yağı, nanə aromatizatoru (nanə cövhəri), xinolin sarısı boyası;
  • moruq dadlı sorma tabletlər üçün: saxaroza, dekstroza məhlulu, qliserol, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, moruq aromatizatoru, azorubin boyası;
  • çiyələk dadlı sorma tabletlər üçün: saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, çiyələk aromatizatoru, al qırmızı boya (Ponso 4R);
  • ananas dadlı sorma tabletlər üçün: saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, nanə aromatizatoru (nanə cövhəri), ananas aromatizatoru, BQ Supra boyası (brilyant mavisi və xinolin sarısı boyalarının qarışığı);
  • meyvəli sorma tabletlər üçün: saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, meyvəli aromatizator, üzüm boyası (brilyant mavisi və azorubin boyalarının qarışığı);
  • giləmeyvəli sorma tabletlər üçün: saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, giləmeyvə aromatizatoru, boyalar: brilyant mavisi və azorubin.

Təsviri

  • portağal dadlı sorma tabletlər: girdə, iki tərəfi qabarıq, narıncı rəngli sorma tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının nahamar olmasına yol verilir;
  • limon dadlı sorma tabletlər: girdə, iki tərəfi qabarıq, yaşılımtıl-sarı rəngdən sarı rəngə kimi sorma tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının nahamar olmasına yol verilir;
  • moruq dadlı sorma tabletlər: girdə, iki tərəfi qabarıq, qırmızı rəngdən tünd qırmızı rəngə kimi sorma tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının nahamar olmasına yol verilir;
  • çiyələk dadlı sorma tabletlər: girdə, iki tərəfi qabarıq, qırmızı rəngdən albalı-qırmızı rəngə kimi sorma tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının nahamar olmasına yol verilir;
  • ananas dadlı sorma tabletlər: girdə, iki tərəfi qabarıq, yaşıl rəngli sorma tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının nahamar olmasına yol verilir;
  • meyvə dadlı sorma tabletlər: girdə, iki tərəfi qabarıq, qırmızımtıl bənövşəyi rəngdən bənövşəyi rəngə kimi sorma tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının nahamar olmasına yol verilir;
  • giləmeyvə dadlı sorma tabletlər: girdə, iki tərəfi qabarıq, çəhrayı-qəhvəyi rəngdən qəhvəyi rəngə kimi sorma tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının nahamar olmasına yol verilir.

Farmakoterapevtik qrupu

Bitki mənşəli bəlğəmgətirici vasitə.

ATC kodu: R05CA10

Farmakoloji xüsusiyyətləri

İltihab əleyhinə və bəlğəmgətirici təsirlərə malik bitki mənşəli kombinəolunmuş preparatdır. Preparatın təsiri tərkibinə daxil olan komponentlərin xassələri ilə müəyyən olunur.

Lüt biyan kökünün ekstraktı - iltihab əleyhinə, bəlğəmgətirici və spazmolitik təsirlərə malikdir.

Dərman zəncəfili kökümsov gövdəsinin ekstraktı - iltihab əleyhinə və ağrıkəsici təsir göstərir.

Dərman emblikası meyvəsinin ekstraktı - iltihab əleyhinə və qızdırmasalıcı təsir göstərir.

Preparatın tərkibinə daxil olan mentol - spazmolitik və antiseptik təsir göstərir.

İstifadəsinə göstərişlər

Yuxarı tənəffüs yollarının quru öskürəklə müşayiət olunan kəskin və xroniki iltihabi xəstəliklərinin (faringit, laringit, o cümlədən "lektor" laringiti, traxeit, bronxit) simptomatik müalicəsi.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, uşaqlıq dövrü (18 yaşa kimi) (klinik məlumatların olmaması ilə əlaqədar olaraq).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Eyni zamanda öskürək əleyhinə preparatlarla, o cümlədən bəlğəmin əmələ gəlməsini azaldan dərman vasitələri ilə istifadə edilməsi tövsiyə olunmur, belə ki, bu durulaşmış bəlğəmin xaric olmasını çətinləşdirir.

Xüsusi göstərişlər

Preparatın tərkibində şəkər vardır, şəkərli diabet xəstələri, həmçinin aşağı kalorili pəhrizdə olanlar bunu nəzərə almalıdır.

Əgər dərman vasitəsi yararsız hala düşərsə və ya istifadə müddəti bitərsə, onu çirkab sularına və ya küçəyə atmayın! Dərman vasitəsini paketə yerləşdirin və zibil qutusuna atın. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edəcək!

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur (klinik məlumatların olmaması ilə əlaqədar olaraq).

İstifadə qaydası və dozası

Böyüklər: hər 2 saatdan bir 1 sorma tableti ağız boşluğunda tədricən sormaq lazımdır.

Maksimal gündəlik doza: 10 sorma tablet.

Müalicə kursu: 2-3 həftə.

Doza həddinin aşılması

Bu vaxta qədər preparatın doza həddinin aşılması barədə məlumat daxil olmamışdır.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür.

Buraxılış forması

Sorma tabletlər (portağal, limon, moruq, çiyələk, ananas, meyvə, giləmeyvə dadlı).

- 4 sorma tablet, alüminium stripdə. 5 alüminium strip içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºC-dən yuxarı olmayan temperaturda, quru yerdə saxlamaq lazımdır.

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

«Yunik Farmasyutikal Laboratoriz»

(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)

Vorli, Mumbay - 400 030, Hindistan

İstehsal sahəsinin ünvanı

Sahə № 101/2 & 102/1, Daman İndastrial Esteit,

Kadaiya, Daman - 396 210, Hindistan

İddiaları qəbul edən təşkilat

«Conson və Conson» MMC

Rusiya, 121614, Moskva şəh.,

Krılatskaya küç., 17, tikinti 2;

tel: (495) 726-55-55

www.doktormom.ru

KONTRENDIKASYONLAR VAR. ISTIFADƏ ETMƏDƏN ƏVVƏL BIR HƏKIMƏ MÜRACIƏT EDIN VƏ TƏLIMATLARA BAXIN.