Skip to main content

Search

Search

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DOKTOR MOM ® SOYUQDƏYMƏ ƏLEYHİNƏ     xaricə istifadə üçün məlhəm

DOKTOR MOM ® COLD RUB

Tərkibi

Təsiredici maddələr: hər 20 q məlhəmin tərkibində 1,05 q kamfora, 0,61 q levomentol, 0,11 ml muskat qozu yağı, 1,11 ml terpentin yağı, 0,02 q timol, 0,30 ml evkalipt yağı vardır.

Köməkçi maddələr: ağ yumşaq parafin.

Təsviri

Yarımşəffaf, ağ və ya ağımtıl rəngli mentol və kamfora iyli məlhəmdir.

Farmakoterapevtik qrupu

Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə.

ATC kodu: R05X

Farmakoloji xüsusiyyətləri

Yerli qıcıqlandırıcı, yayındırıcı, iltihab əleyhinə və antiseptik təsir göstərir.

İstifadəsinə göstərişlər

Zökəm, burun tutulması hissi ilə müşayiət olunan kəskin respirator xəstəliklərin simptomatik müalicəsi, həmçinin əzələ, bel, baş ağrıları zamanı.

Əks göstərişlər

  • preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
  • preparatın tətbiq olunacağı nahiyələrdə dəri örtüklərinin zədələnməsi, dəri xəstəliklərinin olması;
  • 2 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə təcrübəsinin olmaması ilə əlaqədar olaraq preparatın bu qrup pasiyentlərə təyin edilməsi məsləhət görülmür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat yoxdur.

Xüsusi göstərişlər

Məlhəmin gözə, burunun və ağız boşluğunun selikli qişasına, həmçinin zədələnmiş dəri nahiyələrinə düşməsinə yol verməyin.

Əgər dərman vasitəsi yararsız hala düşərsə və ya istifadə müddəti bitərsə, onu çirkab sularına və ya küçəyə atmayın! Dərman vasitəsini paketə yerləşdirin və zibil qutusuna atın. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edəcək!

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.

İstifadə qaydası və dozası

Yalnız xaricə istifadə üçün!

  • zökəm və ya burun tutulması zamanı məlhəmi burun qanadlarının dərisi üzərinə çəkin;
  • əzələ, bel ağrıları zamanı məlhəmi ağrı nahiyəsinə çəkin. Daha yaxşı nəticə əldə etmək üçün ağrılı nahiyəni qızdırıcı sarğı ilə bağlayın;
  • başağrısı zamanı məlhəmi gicgah nahiyəsinin dərisinə çəkin.

Əlavə təsirləri

Allergik reaksiyalar.

Buraxılış forması

20 q məlhəm, ağzı polietilenlə laminəolunmuş alüminium folqa ilə möhürlənmiş, burulan qapaqlı polipropilen flakonda. Bir flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

15ºC-25ºC temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

«Yunik Farmasyutikal Laboratories»

(«C.B. Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)

Vorli, Mumbay 400 030, Hindistan.

® - ticarət nişanı

İstehsal sahəsinin ünvanı

Sahə № 304-308, Q.İ.D.K. İndastrial Area, Panoli 394 116, Qucarat Ştatı, Hindistan.

Qeydiyyat şəhadətnaməsinin sahibi

«Conson və Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.

İddiaları qəbul edən təşkilat

«Conson və Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55

KONTRENDIKASYONLAR VAR. ISTIFADƏ ETMƏDƏN ƏVVƏL BIR HƏKIMƏ MÜRACIƏT EDIN VƏ TƏLIMATLARA BAXIN.