Skip to main content

Search

Search

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

DOKTOR MOM® şərbət

DOKTOR MOM®

Tərkibi

Təsiredici maddələr:

Şərbətin hər 100 ml-nin tərkibində olan quru ekstraktlar:

Damarlı adatoda yarpağı, kökü, çiçəyi, qabığı (Adhatoda vasika) 600 mq

Barbados əzvayı yarpağı, şirəsi, məti (Aloe barbadensis) 500 mq

Reyhan yarpağı, toxumu, kökü (Ocimum sanctum) 1000 mq

Andız kökü (Inula racemosa) 200 mq

Zəncəfil kökümsovu (Zingiber officinale) 100 mq

Uzun kurkuma kökümsovu (Curcuma longa) 500 mq

Hind quşüzümü kökü, meyvəsi, toxumu (Solanum indicum) 200 mq

Kubeba bibəri meyvəsi (Piper cubeba)100 mq

Lüt biyan kökü (Glycyrrhiza glabra) 600 mq

Terminalia belerika meyvəsi (Terminalia belerica) 200 mq

və Levomentol 60 mq

Köməkçi maddələr: saxaroza, qliserol, limon turşusu monohidrat, natrium benzoat, natrium metilparahidroksibenzoat, natrium propilparahidroksibenzoat, sorbin turşusu, rəngləyici BQ Supra (xinolin sarısı və brilyant mavisi rəngləyicilərinin qarışığı), ananas dadvericisi, distillə suyu.

Təsviri

Tünd-yaşıl rəngli, ananas iyli şərbət.

Farmakoterapevtik qrupu

Bitki mənşəli bəlğəmgətirici vasitə.

ATC kodu

R05CA10

Farmakoloji xüsusiyyətləri

Bitki mənşəli kombinəolunmuş preparat bronxolitik, mukolitik, bəlğəmgətirici və iltihab əleyhinə təsirlərə malikdir.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarının quru öskürəklə və ya çətin ifraz olunan bəlğəmli öskürəklə müşayiət olunan kəskin və xroniki respirator xəstəliklərinin simptomatik müalicəsi (faringit, laringit, o cümlədən «lektor», traxeit, bronxit).

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;

3 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə təcrübəsinin olmaması ilə əlaqədar olaraq preparatın bu dövrdə istifadəsi məsləhət görülmür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bəlğəmin xaric olmasının pozulması mümkünlüyü ilə əlaqədar olaraq öskürək əleyhinə preparatlarla birlikdə qəbul edilməsi məsləhət görülmür.

Xüsusi göstərişlər

Preparatın tərkibində şəkər vardır, bunu şəkərli diabeti olan xəstələr, həmçinin aşağı kalorili pəhrizdə olan şəxslər nəzərə almalıdırlar. Böyüklər üçün 1 birdəfəlik dozanın (5,0-10,0 ml) tərkibində 3,75-7,50 q saxaroza vardır, bu da 0,31-0,62 ÇV-nə (çörək vahidi) bərabərdir.

İstifadə qaydası və dozası

Uşaqlara:

3 yaşdan 5 yaşa qədər - gündə 3 dəfə ½ çay qaşığı (2,5 ml);

6 yaşdan 14 yaşa qədər - gündə 3 dəfə ½-1 çay qaşığı (2,5-5,0 ml).

14 yaşdan böyük uşaqlara və böyüklərə:

gündə 3 dəfə 1-2 çay qaşığı (5,0-10,0 ml).

Müalicə kursu 2-3 həftədir. Həkimin məsləhəti ilə müalicə kursunu uzatmaq və ya təkrar olaraq aparmaq olar.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür.

Doza həddinin aşılması

Bu vaxta qədər preparatın doza həddinin aşılması barədə məlumat daxil olmamışdır.

Buraxılış forması

Şərbət. 100 ml, ilkin açılışa nəzarətli alüminium qapaqla bağlanmış yaşıl rəngli polietilentereftalat flakonda. Bir flakon polipropilendən olan ölçü qabı (15 ml) və içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºC-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2,5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

«Yunik Farmasyutikal Laboratoriz»

(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)

Vorli, Mumbay 400 030, Hindistan.

® - ticarət nişanı

Azərbaycanda rəsmi distribyutor

«TETRADA» MMC - dir.

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan

Теl.: (+994 12) 431-59-24, 431-05-41

Faks: (+994 12) 430-80-51

Е-mail: [email protected]

www.tetrada-az.com

Qeydiyyat şəhadətnaməsinin sahibi

«Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.

İddiaları qəbul edən təşkilat

«Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55

KONTRENDIKASYONLAR VAR. ISTIFADƏ ETMƏDƏN ƏVVƏL BIR HƏKIMƏ MÜRACIƏT EDIN VƏ TƏLIMATLARA BAXIN.