Skip to main content

Search

Search

Suallar və cavablar

CAREFREE® gündəlik salfetləri hər gün istənilən şəraitdə təmizlik və təravət hissini saxlamağa kömək edir. Burada siz bunun necə baş verməsi haqqında cavablar tapacaqsınız.

  1. Qadınlar gündəlik salfetlərdən niyə istifadə edirlər?

    Gündəlik salfetlər təravət və təmizlik hissini saxlamağa və gün ərzində mümkün gigiyena problemləri haqqında düşünməməyə imkan verir. Bir çox qadınlar onlardan hər gün istifadə edirlər. Bunun üçün əsas səbəblər bunlardır: adi gündəlik tərləmə, vaginal ifrazatlar, paltarın gündəlik müdafiəsi, evdən kənarda uzun müddət qalma və ya səyahətlər. CAREFREE® gündəlik salfetlərini sadəcə sınayın və onların bütün gün ərzində təravət saxlamağa necə kömək etməsini hiss edin!

  2. Vaginal ifrazatlar nədir?

    Adətən hər bir qadının menstruasiyalararası dövrdə uşaqlıq yolundan ağ ifrazatları olur. Bu normaldır. Belə ifrazatların miqdarı müxtəlif ola bilər. Hormonal dövr ərzində onların xarakteri bir az dəyişir. Menstruasiyadan sonra birinci iki həftə demək olar ki, şəffaf ifrazatlar olur. Dövrün ortasında (menstruasiyanın başlanmasından 1-2 həftə sonra) onlar daha çox olur. Növbəti menstruasiyanın başlanmasına yaxın onlar ağ krem çalar alır. Əgər ifrazatlar öz rəngini və ya qoxusunu dəyişdirirsə və ya intim zonada qaşınma və ya yanma hissi yaranırsa, həkimə müraciət edin, çünki bu infeksiya olmasına sübut ola bilər.

  3. Gündəlik salfetlər kritik günlər üçün bezlərdən nə ilə fərqlənir?

    Adətən gündəlik salfetlər kritik günlər üçün bezlərdən daha qısa, daha incə və ensiz olur və gündəlik istifadə üçün rahatdır. Onlar rütubəti və gündəlik ifrazatları hopdurur və buna görə menstruasiyalar arasındakı günlərdə təmizlik və təravət hissini əla saxlayırlar. Kritik günlər üçün bezlər menstruasiya ifrazatlarının hopması üçün nəzərdə tutulmuşdur və buna görə onlar gündəlik salfetlərə nisbətən daha qalın, daha uzun və daha enlidirlər.

  4. CAREFREE® gündəlik salfetlərinin hansı növü mənə uyğundur?

    Gündəlik salfetlərin müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş bir neçə növü mövcuddur. Bir çox salfetlər incə və elastik, bəziləri daha uzundur və daha çox ifrazat hopdura bilər. Məsələn CAREFREE® FLEXIFORM™ gündəlik salfetləri paltarın müxtəlif formalarına: adi alt paltara və ya strinq/tanqa mükəmməl uyğunlaşır. CAREFREE® ALOE gündəlik salfetlərinin tərkibində təbii aloe cövhəri var və dəriyə nəfəs alma imkanı verir.

Sizə nəyin daha uyğun olduğunu anlamaq üçün CAREFREE® gündəlik salfetlər çeşidi ilə tanış olun və ya məhsulun axtarışı sistemindən istifadə edin.