Skip to main content

Search

Search

Şirkət haqqında

1886 - cı ildə qurulan Johnson & Johnson korporasiyası (şirkətlər qrupu), səhiyyə sahəsində dünyanın ən böyük çoxprofilli korporasiyalarından biridir. Biz tibbi avadanlıqlar, diaqnostika cihazları, insan gigiyenası və sağlamlığı üçün dərman preparatları və məhsulları istehsal edirik.

Johnson & Johnson şirkətlər qrupunun istehsal etdiyi məhsulları hər gün minlərlə pasientlərə aktiv həyat sevincini geri qaytarır, yeni doğulan körpələrin qayğısına qalmağa kömək edir, gözəlliyi qoruyur, yaxınlarınıza qayğı göstərir. İnsan həyatı keyfiyyətinin yüksəldilməsinə  yönəldilmiş məhsul və texnologiyalar hazırlamaq və inkişaf etdirməklə Johnson & Johnson cəmiyyətə yararlı olmağa meyl edir.

Korporasiya, tibbi texnologiya və qabaqcıl müalicə metodları, yeni dərman preparatları axtaraşı, preparatların və metodların keyfiyyətinin və təhlükəsizliyini təyin edən elmi  tədqiqat sahələrinə, eləcə də tibbi mütəxəssislərin  peşəkar təlimi sahələrinin inkişafına, sosial və xeyriyyə proyektləri sahələrinə xeyli  investisiya yatırır.

Johnson & Johnson - un tərkibinə 128 000 əməkdaşı olan 60 ölkədə yerləşən 275 şirkət daxil edir. Bu şirkətlər üç şöbəni formalaşdırırlar: istehlakçı məhsulları şöbəsi, farmakoloji  məhsullar şöbəsitibbi cihaz və avadanlıqları istehsalı şöbəsi